image-rt-reklam
image-image_750x_68f37d040a68fbackend

Nar və bananı birlikdə yemək ölümə səbəb olar- Həkimlərdən xəbərdarlıq

image-728x90

Alimlər nar və bananı birlikdə yeməyin sağlamlıq üçün zərərli ola biləcəyi barədə xəbərdarlıq ediblər. Mütəxəssislərin sözlərinə görə, bu iki meyvənin birgə qəbulu həzm problemlərinə, bəzi hallarda isə bağırsaq tıxanmasına səbəb ola bilər. Ulusal.az xəbər verir ki, bu isə insanın həyatı üçün ciddi təhlükə yarada bilər.

Məlumata görə, nar liflə zəngin, çətin həzm olunan qida hesab olunur. Banan isə yüksək miqdarda pektin tərkibli olduğundan, orqanizmdə suyu bağlayır. Pektin nar dənələrinin bağırsaqlarda şişməsinə səbəb olur və onların keçməsini çətinləşdirir.

Mütəxəssislər bildirirlər ki, bu birləşmə xüsusilə azyaşlı uşaqlar və yaşlı insanlar üçün təhlükəlidir. Çünki həmin yaş qrupları çox vaxt kifayət qədər su qəbul etmir və bu, həzmin ləngiməsinə səbəb olur.

Həkimlər nar və bananı ayrı-ayrılıqda, kifayət qədər su ilə qəbul etməyi tövsiyə edirlər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90