image-rt-reklam
image-image_750x_68f27c66e0ddebackend

Prezidentin qızı Oksford Universitetinin mükafatına layiq görüldü

image-728x90

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qızı Səidə Mirziyoyeva Böyük Britaniyanın nüfuzlu Oksford Universitetinin mükafatına layiq görülüb.

Ulusal.az xəbər verir ki, Özbəkistan mətbuatının məlumatına görə, universitet Səidə Mirziyoyevanın qadınların təhsilə çıxış imkanlarının genişləndirilməsi, məişət zorakılığının kriminallaşdırılması, eləcə də təhsil və liderlik sahəsində qadınların hüquq və imkanlarının artırılmasına verdiyi töhfələri yüksək qiymətləndirib.

Mükafatla bağlı çıxışında Səidə Mirziyoyeva bildirib ki, bu mükafat atasının – prezident Şavkat Mirziyoyevin rəhbərliyi dövründə Özbəkistanda qadın hüquqları sahəsində əldə edilən nailiyyətlərin göstəricisidir.

O, həmçinin Oksford Universitetində özbək dilinin tədrisinə dair yeni proqramın işə başladığını da elan edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90