image-2000x150
image-16679057953845211462_1000x669backend

Ramin Əlizadə: Vətən müharibəsində Azərbaycanın igid övladları ən yeni tarixin şanlı səhifələrini yazdılar  

image-728x90

2020-ci ilin payızında 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz qələbə qazandı. Vətən torpaqlarının 30 illik düşmən tapdağından azad edilməsi ilə sona çatan bu müharibə Azərbaycan tarixinin şanlı səhifələrindən biri oldu. Azərbaycan xalqı öz haqq savaşında qalib gəldi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Vətən torpaqlarının azad edilməsi uğrunda 44 gün ərzində qətiyyətlə savaşan Azərbaycanın igid övladları öz qanları hesabına ən yeni tarixin qələbə səhifələrini yazdılar. Bu savaşda qazanılmış Zəfər Qarabağın və Zəngəzurun həm bu gününə, həm də keçmişinə işıq saldı. Düşmənin işğalçı ordusu ilə yanaşı, uydurduğu yalanlar da darmadağın edildi, gerçək Qarabağ salnaməsi yazıldı. Yüzillər boyu qara niyyətli düşmənin ağ yalanları həqiqətin gur işığında əriyib yox oldu…

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib. O vurğulayıb ki, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi – İkinci Qarabağ müharibəsində haqqın nahaq üzərində şanlı qələbəsi tariximizin Zəfər Günü oldu: “Son iki yüz ilin tarixinə nəzər saldıqda İkinci Qarabağ müharibəsinin bütün Qafqaz regionunda ən uğurlu müharibə olduğu aydın olur. Erməni vandalizminə ən layiqli cavabı müzəffər Azərbaycan Ordusu verdi. Məhz bu zəfər nəticəsində Azərbaycan türkünün min illər boyu yaşadığı Qarabağ və Zəngəzur torpaqları öz gerçək sahibləri ilə qovuşdu. Otuz illik işğal dövründə Azərbaycan türklərinin əzəli yurd yerləri olan şəhər və kəndlər düşmən tərəfindən viran qoyuldu, tarixi-mədəni abidələr, flora və fauna məhv edildi. Erməni terrorçuları işğal dövründə məscidləri xarabazara, yurd-yerlərimizi narkotika plantasiyalarına çevirdilər. Müzəffər Azərbaycan Ordusu cəmi 44 günlük savaşda Qarabağın və Zəngəzurun gerçək tarixini bütün dünyaya bəyan etdi. 2020-ci il noyabrın 8-də doğma Şuşa azad olundu. Qarabağın baş tacı olan Şuşanın azad edilməsi ilə Vətən müharibəsinin ən uğurlu sonluğu yazıldı. Qısa müddətdən sonra doğma Şuşamız dağıntılar altından sürətlə dirçəlməyə başladı. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edildi. Şuşada 29 illik fasilədən sonra keçirilən Xarıbülbül festivalı tarixi ənənəsinə və milli dəyərlərinə sadiq güclü bir xalqın zəngin mədəniyyətdən dünyaya xəbər verdi.

8 Noyabr zəfəri işğalçı Ermənistanı kapitulyasiya imzalamağa məcbur etdi. Bu gün Şuşa azaddır, onun aydın səması üzərində yenə Pənahəli xanın, İbrahimxəlil xanın, Molla Pənah Vaqifin, dahi Üzeyirin, Bülbülün və Xan Şuşinskinin ruhları dolaşır. İnanırıq ki, Şuşanın bu azadlığı yaxın vaxtlarda İrəvanın, Dərələyəzin, Göyçənin, Ağbabanın, Vedinin, Şörəyelin taleyinə də qismət olacaq”.

Ramin Əlizadə bildirib ki, 44 günlük Vətən müharibəsi bütün ata-baba torpaqlarımıza qayıdacağımız günün yaxın olduğunu göstərdi: “2021-ci il iyunun 15-də iki güclü türk dövləti arasında – Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi isə tarixin yeni gedişatına açılmış aydın yoldur. Bu yol quruculuq yoludur, həqiqət yoludur, türk birliyinin yoludur.

Tarixdən məlumdur ki, ermənilərin özgə torpaqlarına göz dikmələri onların özünəməxsus ənənəsinə söykənir. Dünyanın bir çox ölkəsində, o cümlədən, Rusiya, ABŞ və Fransada yaşayaraq böyük diasporlar yaratmaqla, başqalarının qonaqpərvərliyindən məmnun olan ermənilər, öz iyrənc niyyətlərini həyata keçirmək üçün həmişə terrordan istifadə ediblər. 44 günlük Vətən müharibəsi göstərdi ki, Ermənistan Qafqaz regionunda terrorçuların isti yuvasına çevrilmiş ən təhlükəli dövlətdir. Bu savaşda Zəfər qazanan Azərbaycan isə bu gün sülh masasında mehriban qonşuluq siyasəti yürütməyi təklif edən dövlətdir. Buna görə də, “böyük Ermənistan” xülyası ilə aclıq və səfalət içərisində çabalayan erməni toplumu, uydurduğu nağılları unudub, mövcud reallığı qəbul etməlidir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90