“Yeni Sabah” xəbər verir ki, “Real Man” adlı bədən spreyi brendinə aid olan reklamda “Əsl kişi ol! (Be a real man!) şüarı yer alıb.
Reklam lövhəsində Formula-1 trasında yarışan avtomobil təsviri və “Əsl kişi ol!” ifadəsi əks olunub. Lakin istifadə olunan mesaj bir çox istifadəçi tərəfindən “absurd” və “geridə qalmış” kimi qiymətləndirilib.
Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti hesab edir ki, bu cür çağırışlar kişi kimliyini stereotiplərlə məhdudlaşdırır və cəmiyyətə yanlış mesaj verir. Bir çoxları yazır ki, “əsl kişi” anlayışını bədən spreyi ilə əlaqələndirmək sadəcə gülüncdür və marketinqdə cinsiyyətçi yanaşmanın nümunəsidir.
Marketinq mütəxəssisləri bildirirlər ki, müasir reklam anlayışında bu tip gender-stereotipli mesajlar artıq köhnəlmiş sayılır və əks reaksiya doğura bilər.