image-rt-reklam
image-1backend

“Kirayə bahalaşdı, nəqliyyat xərcləri artdı — “Tələbələr üçün oxumaq getdikcə çətinləşir”

image-728x90

“Tələbələrin yaşayış və yol xərclərinin artması bu gün ali təhsil sisteminin əsas sosial problemlərindən biridir”.

Bunu təhsil eksperti Qoşqar Məhərəmov Demokrat.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, yataqxana çatışmazlığı təkcə məkan məsələsi deyil, həm də sosial bərabərliyə təsir edən amildir:

“Böyük şəhərlərdə kirayə qiymətləri son illərdə sürətlə yüksəlib və bu, regionlardan gələn tələbələr üçün ciddi maliyyə yükü yaradır. Üstəlik, nəqliyyat xərclərinin artması gündəlik büdcəni daha da çətinləşdirir. Belə şəraitdə bir çox tələbə dərsdən sonra işləməyə məcbur olur ki, bu da onların akademik göstəricilərinə mənfi təsir edir. Problemin əsas həlli istiqaməti dövlət və universitetlər arasında əməkdaşlığın gücləndirilməsidir. Yeni tələbə yataqxanalarının tikilməsi və mövcud olanların təmir edilməsi vacib addımdır. Bələdiyyələr və ali təhsil müəssisələri birgə sosial kirayə proqramları yarada bilər”.

Ekspert əlavə edib ki, müəyyən mənzillərin tələbələr üçün subsidiya ilə icarəyə verilməsi modeli tətbiq oluna bilər:
“Bundan başqa, nəqliyyat güzəştlərinin artırılması da tələbələrin yükünü azalda bilər. Bir çox ölkədə tələbə kartı ilə ictimai nəqliyyatdan endirimli istifadə sistemi uğurla işləyir. Azərbaycanda da bu model genişləndirilsə, sosial ədalət baxımından müsbət nəticə verər. Tələbə rifahı təhsilin keyfiyyəti ilə birbaşa bağlıdır. Əgər tələbə yaşayış və yol problemini düşünmədən oxuya bilirsə, bu, həm onun şəxsi inkişafına, həm də ölkənin gələcək insan kapitalına töhfə verəcək”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90