image-rt-reklam
image-315767662_430120452659616_5908772843171208831_nbackend

Ukraynaya qarşı istifadə üçün İrandan Rusiyaya silahları mülki təyyarələr daşıyıb

image-728x90
Avstriyanın “Aviasiya” jurnalı və Britaniyanın “Forbes” jurnalı noyabrın 16-da yazıblar ki, İranın 4 mülki aviaşirkəti Rusiyaya İslam Respublikasının hərbi texnikasının göndərilməsində əməkdaşlıq ediblər.
Ulusal.az xəbər verir ki,  “İran Air”, “Mahan Air”, “Qeshm Fars Air” və “Səha Air” şirkətlərinə məxsus 4 ədəd Boeing 747 təyyarəsi silahları, o cümlədən, Şahid-136 kamikadze dronları Rusiyaya daşıylb. Adıçəkilən iki nəşr araşdırmaçı jurnalistlərin ilk dəfə noyabrın 12-də Britaniyanın “İ” jurnalında dərc edilmiş və iki gün sonra yenilənmiş hesabatına istinad edib.
Jurnalistlər araşdırmaları zamanı müəyyən ediblər ki, İran şirkətlərinin mülki təyyarələri Tehranla Moskva arasında azı 70 dəfə uçuş edib və Rusiyaya İran istehsalı olan silahlar daşıyıb. Araşdırmanın nəticələri göstərir ki, bu il fevralın 24-də Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzü başlayandan bəri İranın mülki təyyarələri ilə Rusiyaya silah daşınması həftədə iki dəfə həyata keçirilib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90