image-rt-reklam
image-media-iran-puasi-3akvpz5w6fj1inms2uo7-620x460backend

SENSASİON İDDİA: Rusiya İrana 140 milyon dollar VERİB

image-728x90

Rusiya İrana 140 milyon dollar verib. Ulusal.az xəbər verir ki, Rusiya bu pulu Tehrandan pilotsuz aparatlar almaq üçün ödəyib. Mənbə iddia edir ki, Rusiya texniki dəyişiklik üçün Ukraynada ələ keçirdiyi ABŞ və Britaniya tank və zenit raketlərini də İrana verib.

Adının açıqlanmasın istəməyən mənbə bildirib ki, bu silahlar Britaniyanın NLAW tank əleyhinə raketi, ABŞ-ın “Javelin” tank əleyhinə raketi və Ukrayna ordusu üçün nəzərdə tutulmuş, lakin “Rusiyanın əlinə keçən” “Stinger” zenit raketidir. Məlumata görə Rusiya İrandan pilotsuz uçuş aparatları aldıqdan sonra, Ukraynada ələ keçirdiyi Britaniya və ABŞ isteühsalı olan silahları Tehrana ötürüb.

Hərbi mənbə xəbərdarlıq edib ki, bu silahlar İran İslam İnqilabı Keşikçiləri Korpusuna Qərb texnologiyasını öyrənmək və onu kopyalamaq imkanı verə bilərlər: “Onlar çox güman ki, tərsinə çevriləcək və gələcək müharibələrdə istifadə olunacaq”.

Qeyd edək ki, Rusiyanın Ukraynada “intihar pilotsuz uçan aparatları” kimi tanınan İran istehsalı “Şahed-136” pilotsuz uçan aparatlarından istifadə etməsi sənədləşdirilib və mülki əraziləri hədəfə aldığına görə sərt qınaqlar alıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90