image-rt-reklam
image-downloadbackend

Rusiya, İran, Çin: Hansı ölkədə çevriliş olacaq?

image-728x90

Ulusal.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatın direktoru Avril Hayns bildirib. Hayns bunu Kaliforniyada Ronald Reyqan Prezident Fondu tərəfindən təşkil olunan forumda bildirib.

O, Rusiya Federasiyasında genişmiqyaslı etirazların mümkünlüyü ilə bağlı sualı cavablandırarkən, “Ola bilsin ki, baş verənlərə daha tənqidi münasibət olacaq, amma hakimiyyəti təhdid edə biləcək heç bir şey yoxdur”,- deyib.

Onun sözlərinə görə, ABŞ irimiqyaslı etirazların keçirildiyi İranda da hakimiyyət dəyişikliyini ehtimal etmir:

“Biz görürük ki, hakimiyyət baş verənləri onların sabitliyinə birbaşa təhlükə kimi qəbul etmir və etirazları yatırır. Baxmayaraq ki, digər tərəfdən, biz İranda baş verənlərə baxırıq, onlar iqtisadiyyatda ciddi problemlərlə üzləşirlər, bu da qeyri-sabitlik və iğtişaş risklərini artırır”.

ABŞ milli kəşfiyyatının direktorunun sözlərinə görə, vəziyyət Çində də yaxşı deyil:

“Deyə bilərsiniz ki, bu, İranın başqa bir versiyasıdır. Putinin məşğul olduğundan daha ciddi bir şeydir. Amma yenə də hesab etmirik ki, bu, hazırda sabitlik üçün təhlükədir, baxmayaraq ki, əlbəttə ki, vəziyyəti diqqətlə izləyirik “.Cebhe.info 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90