image-rt-reklam
image-is-irabackend

İrana hücum planı hazırdır: beynəlxalq koalisiya yaradılır – DETALLAR

image-728x90

İsrail İrana hücum planının bütün detallarını hazırlayıb.

Bu barədə RFİ (Radio France İnternationale) məlumat yayıb.

Məlumata görə, plana əsasən 3 min hədəf məhv ediləcək.

“İsrail hökuməti ABŞ və Fransa da daxil olmaqla Qərb dövlətləri və bir neçə ərəb ölkəsi ilə birlikdə koalisiya yaratmaq və İrana qarşı mümkün qədər tez hərbi əməliyyat keçirmək istəyir. İsrailin baş naziri Benyamin Netanyahunun Fransaya üç günlük səfərinin məqsədi də budur”, – RFİ yazır.

“Liberation” nəşri də qeyd edir ki, Netanyahu və Makron İran haqqında danışacaq.

Paris hava limanında jurnalistlərə açıqlama verən Netanyahu Makronla söhbətinin əsas mövzusunun İran və bu ölkənin nüvə proqramı olacağını təsdiqləyib.

RFİ diplomatik mənbələrdən əldə etdiyi məlumata istinadən qeyd edir ki, artıq İrana hücum planı tam olaraq hazırdır: “Üç min hədəfin müəyyən edildiyi bu planı İsrail təkbaşına həyata keçirmək istəmir, lakin maksimum tez bir zamanda edilməsinə də çalışır”.

Dilomatik mənbə bildirir ki, İrana qarşı koalisiyanın yaradılması üzərində müzakirələr gedir.

“Netanyahunun Parisə gəlişi ilə eyni vaxtda Fransa xarici işlər naziri Ketrin Kolonna Səudiyyə Ərəbistanının vəliəhdi şahzadəsi Məhəmməd bin Salmanla görüşmək üçün yüksək rütbəli nümayəndə heyəti ilə Ər-Riyada yola düşüb.

İndiyə qədər ABŞ və Fransa İrana qarşı hücumun əleyhinə idilər. Lakin artıq vəziyyət dəyişib. İranla nüvə razılaşması şansı praktiki olaraq, iflasa uğradı və Tehran Ukrayna müharibəsində Rusiyaya dəstək verdi. Bununla yanaşı, İsrail də İrana hücumda Qərbin dəstəyinə qarşılıq Ukraynaya hərbi yardım edəcəyi vədini verib. Netanyahu bildirib ki, Ukraynaya hərbi yardımı nəzərdən keçirmək niyyətindədir, lakin yardımın detalları ictimaiyyətə açıqlanmayacaq”, – mənbə deyib.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90