“Bizim indiki hakimiyyətlə bəzi fikir ayrılıqlarımız var.” – Ulusal.az xəbər verir ki, bunu erməni katolikosu II Qaregin “Hraparak” qəzetinə müsahibəsində deyib.
“Müharibədən sonrakı illərdə hökumətin başçısı və hakimiyyət nümayəndələri ilə görüşlərimiz olsa da bu fikir ayrılıqları bu gün də var” deyə Qaregin bildirib.
“Hakimiyyətlə kilsə arasında münasibətlər mərasim xarakteri daşıyır. Bəli, hakimiyyətlə müəyyən fikir ayrılıqları var. Qarabağ savaşında bizi dinləmədilər. Məhz bu bizim məğlubiyyətimizə səbəb oldu. Biz müharibə tərəfdarı deyildik. Bu gün də müharibə tərəfdarı deyilik. Ancaq bəzi qüvvələr müharibə arzusundadırlar ki, bu da yolverilməzdir”, -Qaregin bildirib.