image-2000x150
image-bez-nazvaniyabackend

“Azərbaycan öz tarixi torpaqlarına qovuşmalıdır” -deyə Arzuman Muradlı

image-728x90

“Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlü­yünün tanınması ilə bağlı son vaxtlar səsləndirdiyi fikirlər Ermənistan daxilində və Qara­bağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti altında olan his­səsində yaşayan ermənilər arasında ona qarşı yeni cəbhə açılmasına səbəb olub.” – bu fikirləri Ulusal.az-a açqlamasaında politoloq Arzuman Muradlı bildirib.

image-1677060887_arzuman-teze-1-2

Politoloq bildirib ki,  Ermənistan Azərbay­canın ərazi bütövlüyünü ilk dəfə 2022-ci il oktyabrın 6-da Praqada və oktyabrın 31-də Soçidə keçirilmiş görüşlərdə 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi əsasında tanıdığını bəyan edib.

“Bu bə­yannamə ilə yeni müstəqillik qazanmış ölkələr SSRİ dövründə mövcud olmuş müttəfiq respublikaların inzibati sərhəd­lərini tanıyırlar. Beləliklə, Praqa və Soçi sənədləri ilə Hayastan Azərbaycanın Qa­rabağ üzərində suverenliyi ilə qəbullanıb. Bu il aprelin 18-də parlamentdə çıxış edən N.Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tam tanıdığını bir daha bildirib: “Ermənistan 29,8 min kvadratki­lometr sahədə tanınır və heç bir başqa ölkəyə ərazi iddiası yoxdur. Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman reallaşacaq ki, iki ölkə birmənalı şəkildə, qeyri-müəyyənliklər və tələblər olmadan bir-birinin ərazi bütövlüyünü ta­nıyacaq və bir-birinə heç vaxt ərazi iddi­ası irəli sürməyəcək. Mən bir daha təsdiq edirəm ki, biz Azərbaycanın ərazi bütöv­lüyünü tam şəkildə tanıyırıq və gözləyirik ki, Azərbaycan da Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımaqla eyni şeyi edəcək. Amma indi rəsmi İrəvanın qorxduğu bir məsələ var. Bu Azərbaycan tərəfinin yen tələb irəli sürməsidir. Erməni cəmiyyəti qorxur ki, rəsmi Bakı sərhədlərin 1918-ci ilin xəritələri ilə müzakirəyə çıxarıla bilər. Bu zman məlum olacaq ki, indiki Ermənistanın faktiki bütün əraziləri Azərbaycan torpaqlarıdır. Bu amil erməniləri qorxuya salıb. Tarix və arxiv sənədləri itmir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan öz tarixi torpaqlarına qovuşmalıdır” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90