image-rt-reklam
image-51572backend

Aparat rəhbəri ilə mətbuat katibinə görə qalmaqal – Nazir niyə bu il ənənəvi mükafatı vermədi?

image-728x90

Səhiyyə Nazirliyində “Səhiyyə əlaçısı” döş nişanının verilməsi ilə bağlı qalmaqal yaşanması barədə daha əvvəl məlumat verilib. Məlum olub ki, yaranmış narazılıqlardan sonra bu il “Səhiyyə əlaçısı” döş nişanı heç kimə təqdim edilməyib.

Ulusal.az Teleqraf-a istinadla xəbər verir ki, bir qrup səhiyyə işçisi mükafatın paylanmasında hər il haqsızlıqlara yol verildiyini iddia edərək təltiflərdən narazı qalmışdı.

Ənənəyə görə, hər il iyunun 17-də – tibb işçilərinin peşə bayramı günü bir neçə səhiyyə əməkdaşı “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilirdi. Lakin ötən il bu proses zamanı əsasnamə tələblərinin pozulduğu bildirilmişdi.

Belə ki, sonuncu dəfə – 2024-cü ildə Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev və Nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov bu döş nişanına layiq görülmüşdülər.

Əsasnamənin birinci bəndinə əsasən, “Səhiyyə əlaçısı” döş nişanı səhiyyə sahəsində ən azı 10 il səmərəli fəaliyyət göstərmiş şəxslərə təqdim olunur. Həmçinin, bu mükafatla təltif edilənlərə maaşlarının üç misli qədər pul mükafatı verilir.

Məlum olub ki, Tural Babayev 2022-ci ildən, Pərviz Əbubəkirov isə 2018-ci ildən səhiyyə sistemində çalışır.

Onların fəaliyyət müddəti 10 ilə çatmadığından, bu təltif əsasnamənin tələblərinə zidd olub. Məhz bu narazılıqdan sonra səhiyyə naziri Teymur Musayev bu il fərqli qərar qəbul edib.

Belə ki, “Səhiyyə əlaçısı” döş nişanının kimlərə veriləcəyi ilə bağlı müzakirələr zamanı nazir qərara alıb ki, heç kim təltif edilməsin. Bununla da ilk dəfədir ki, tibb işçilərinin peşə bayramı ərəfəsində “Səhiyyə əlaçısı” döş nişanı təqdim olunmayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90