Bakıda həbsxanada insident yaşanıb.
Ulusal.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
32 yaşlı məhkum Ömər Səfərov (ad və soyad şərtidir) kəsici alətlə (biz) qarnına xəsarət yetirib. Nəticədə biz onun qarnında qalıb və Xidmətin Müalicə Müəssisəsində cərrahi müdaxilə ilə çıxarılıb.
Bu əməlinə görə Ömər Səfərov barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci (həbsxanada və ya istintaq təcridxanasında məhkumu qadağan olunmuş əşyanı hazırlaması, saxlaması və ya istifadə etməsi) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, onunla görüşə gələn atası elektrikli üzqırxan gətirib:
“Lakin həmin əşyanı götürməyimə icazə verməyib geri qaytardılar. Əməkdaşlara dedim ki, üzqırxanı özüm xahiş edib gətizdirmişəm. Dedilər ki, təhlükəsizlik baxımdan onun həbsxanada istifadəsi qadağandır. Buna görə əsəbiləşdim. Əvvəllər gördüyüm konserv qapağını axtardım ki, özümə xəsarət yetirəm. Lakin yataqxananın arxasında, besetkaların yanında yerdən biz tapdım, Onu aparıb məhkumların çarpayısının yanında özümə xəsarət yetirdim”.
Məhkəmədə ifadə verən həmin cəzaçəkmə müəssisəsinin ədliyyə kapitanı isə bildirib ki, məhkuma saqqalını qırxması barədə xəbərdarlıq edilib:
“Amma məhkum saqqal saxlamaq istədiyini dedi. Bu isə qanunverciliyə ziddir. O, həmin əsassız tələbinə görə, qarnına biz batırdı”.
Məhkəmənin qərarı ilə Ömər Səfərov barəsində əvvəlki hökmlə birləşdirilərək ümumilikdə 1 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.lent.az






















