image-rt-reklam
image-1backend

Postsovet ölkələri ona “tapşırıldı” – müəmmalı plan  

image-728x90

Keçmiş ittifaq respublikaları üçün yeni təhlükə?
“Rosatom” şirkətinin keçmiş vəzifəli şəxsi Vadim Titov Rusiya Prezident Administrasiyasının yeni yaradılmış Strateji tərəfdaşlıq və əməkdaşlıq idarəsinin rəisi təyin edilib. Müvafiq sərəncam Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

Yeni qurum haqqında qərar avqustun 29-da verilib. Həmin vaxt Rusiya Prezident Administrasiyasının beynəlxalq əməkdaşlıq və sərhədyanı əlaqələrə cavabdeh olan iki idarəsi ləğv edilib. Bu idarələrə nəzarəti həyata keçirən Dmitri Kozak sentyabr ayında administrasiya rəhbərinin müavini vəzifəsindən istefa verib.

Titovun rəhbərlik etdiyi idarə əsasən postsovet məkanı və Afrika ölkələri ilə əlaqələr istiqamətində fəaliyyət göstərəcək. Yeni strukturun işinə Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko kuratorluq edəcək.

Vadim Titov bu təyinatadək “Rosatom – Beynəlxalq Şəbəkə” şirkətinin baş direktoru olub.

Qeyd edək ki, Kremlə yaxın avrasiyaçı politoloq, mifik “Rus dünyası”nın əsas ideoloqlarından və təbliğatçılarından olan Aleksandr Duqin artıq özünə xas tərzdə hadisəyə reaksiya bildirib. O, Vaşinqton anlaşmasını “Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflası” adlandırıb. “Rusiya regionda nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri etiraf etmək və böyük dövlət statusunu bərpa etmək zamanıdır”, – Duqin qəzəbini gizlətməyib.

O, ötən həftə də Rusiyanın imperiya olduğunu və onun bərpasının zəruriliyini bildirmişdi. Ukrayna müharibəsi isə Kremlin strateji mövqelərini zəiflədib. Rusiya postsovet məkanına əvvəlki diktəsini edə bilmir.

Yeni təyinat hansı hazırlıqlardan xəbər verir, Rusiya Cənubi Qafqazda, Mərkəzi Asiyada təsir gücünü təzədən artıra bilərmi?

Politoloq Qabil Hüseynli  bildirdi ki, Rusiya Prezidenti Vladimir Putin və rus imperiyasını yenidən bərpa etmək, gücləndirmək ideologiyasının daşıyıcıları dəfələrlə bəyan SSRİ-nin dağılmasını bədbəxtçilik və böyük faciə hesab edirlər: “Onlar Cənubi Qafqaza, Orta Asiyaya, ümumilikdə keçmiş SSRİ ölkələrinə münasibətdə hələ də bu fikrin təsiri altında yanaşırlar. Keçmişi geri qaytarmaq, itirilən təsiri bərpa etmək üçün müxtəlif variantlar fikirləşirlər. Hələ də keçmiş SSRİ imperiyasının sərhədlərini bərpa etmək niyyətində qalırlar. Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlamaq məhz bu ideyanın reallaşdırılması üçün idi. Sadəcə olaraq, Ukrayna dövləti və xalqının böyük dirəniş göstərməsi, Qərbin mövqeyi Rusiyanın planını gerçəkləşdirməsinin qarşısını aldı. Rusiya Ukraynanı qısa müddətdə tam ələ keçirsəydi və müharibə uzanmasaydı, növbə Qazaxıstana, ondan sonra isə digər postsovet respublikalarına çatacaqdı. Vladimir Putinin iki gün öncə hərbi mundirlə görüntülənməsi də Rusiyanın güc yolundan imtina etmədiyinin xəbərdarlığı idi. Bu xəbərdarlıq bütün keçmiş ittifaq respublikalarınadır. Rusiya Cənubi Qafqazda təsir gücünü Ermənistanda gələn il keçiriləcək seçkilərdə rusiyapərəst qüvvələri hakimiyyətə gətirməklə ciddi şəkildə artırmaq niyyətindədir. Bu niyyətini gizlədə bilmir. Əslində Rusiyanın Cənubi Qafqaza təsir imkanları hazırda da var. Amma keçmişdə olduğu kimi güclü deyil. Rusiyanın məqsədi Cənubi Qafqazı tamamilə öz təsir dairəsinə daxil etməkdir. Çünki uzun on illiklər boyu bu bölgəni hətta ittifaq adı ilə işğal altında saxlaya bilib. İndi keçmişin xiffətini yaşayan Moskva şübhəsiz yeni planlar üzərində çalışır ki, keçmiş təsir gücünü geri qaytarsın. Eyni fikirləri demək olar ki, Orta Asiya respublikaları haqqında da söyləmək mümkündür. Orta Asiya ölkələrinin son illər müyyən qədər müstəqil siyasət yürütməsi, birlik nümayiş etdiriməsi, iqtisadiyyatlarında yüksəlişə nail olmaları Moskvanı qıcıqlandırır”.

Politoloq dedi ki, Rusiya Prezidenti Administrasiyasına tabe Strateji Tərəfdaşlıq və Əməkdaşlıq İdarəsinin yaradılması və bu təsisatın qarşısın qoyulan missiya Moskvanın qarşıdakı illərdə Cənubi Qafqaz və Orta Asiya respublikaları siyasətinə xüsusi yanaşacağının anonsudur: “Ancaq yeni bir xüsusi idarənin yaradılması və yeni təyinat Rusiyanın Cənubi Qafqaz və Orta Asiya ilə bağlı niyyətinin asanlıqla həyata keçiriləcəyi anlamına gəlməməlidir. Necə deyərlər, artıq qatara gedib. Rusiyanın postsovet respublikaları ilə birbaşa məşğul olan xüsusi qurumları, təsisatları həmişə olub. Onlardan əslində ən böyüyü Vederal Təhqiqatlar Bürosudur. Bu xüsusi qurum daim qeyd olunan məkanda aktiv fəaliyyət göstərməyə çalışıb. Lakin görürük ki, artıq FTB kimi qurum belə, əvvəlki mövqeləri qoruruyub saxlamağı və bərpa etməyi bacara bilmir”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90