image-rt-reklam
image-1backend

SON DƏQİQƏ: “OCAQBAŞI” Restoranında qanlı dava –  AZƏRBAYCANLILAR HƏBS EDİLDİ

image-728x90

Oktyabrın 25-dən 26-na keçən gecə Monteneqronun Podqoritsa şəhərinin Zabjelo məhəlləsində yerləşən məşhur “Ocaqbaşı” restoranında qanlı dava baş verib. İki qrup arasında baş verən qanlı hesablaşmada bir neçə nəfər xəsarət alıb.  Hadisənin təfərrüatları ilə bağlı hüquq mühafizə orqanları məlumat yayıb.

Hadisə zamanı bir neçə xarici vətəndaş, Monteneqro vətəndaşı  M.J.-yə və onun yanındakılara  fiziki xəsarətlər yetiriblər. Monteneqro Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, hadisədə şübhəli bilinən  iki xarici vətəndaş, Azərbaycan vətəndaşı Y.G. (31 yaş) və Türkiyə vətəndaşı N.D. (54 yaş), hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Eyni zamanda, həmin gecə Podqoritsadakı Təhlükəsizlik Departamentinin binasına 45 nəfərdən ibarət Türkiyə və Azərbaycan vətəndaşları gətirilib. Onların Monteneqro ərazisində qanuni şəkildə qalmalarının yoxlanılması üçün polis tərəfindən araşdırma aparılıb. Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar olaraq,  səkkiz nəfərin Monteneqrodan deportasiya edilməsinə qərar verilib.

Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumatların veriləcəyi gözlənilir.Vətəninfo.az

image-2

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90