image-rt-reklam
image-1backend

Ramiz Mehdiyevin Dövlət Şurası – SİYAHI NECƏ HAZIRLANIB, KİMLƏR VƏZİFƏ ALACAQDI?

image-728x90

“Bu olduqca ağır ittihamdır və məhkəmə hökmü olmadan konkret adlar çəkmək mümkün deyil. Ola bilsin ki, Ramiz Mehdiyev kimlərisə bilərəkdən siyahıya salıb. Yaxud bir çoxunu razılaşdırıb və həmin siyahıya daxil edib. Hətta bu siyahı məsələsinin özü saxta da ola bilər. Ona görə də, məhkəmə qərarı olmadan nəsə demək çətindir”.

Bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, hazırda Rusiyanın maraqlarına xidmət edən əsas adamlar diqqətdən kənarda qalır: Pepperoni pizza

“Mənim aparılan kampaniyadan başa düşdüyüm budur ki, Rusiyanın əsl adamlarının böyük bir hissəsini ictimai diqqətdən kənarda saxlamağa cəhd edirlər. Çox maraqlıdır ki, bu kampaniyada Ramiz Mehdiyevə hücum edənlərin içərisində Moskvaya xidmət edən adamlar daha çoxdur. Kreml əgər doğrudan da Ramiz Mehdiyevi ifşa edibsə, Azərbaycanda öz maraqlarını müdafiə edən qüvvələri qorumaq məqsədi güdüb. Diqqət Ramiz Mehdiyevə və keçmiş vəzifəlilərə yönəldilir. Amma bu gün əlində səlahiyyət olan və Rusiyanın maraqlarına xidmət edən adamlar ictimai diqqətdən kənarda qalır. İkincisi, Ramiz Mehdiyev məsələsində kimin-kimdən xoşu gəlmir, kim-kimi cəzalandırmaq istəyirsə, həmin adamlara əsası olmadan hücumlar təşkil olunur”.

Siyasətçi qeyd edib ki, Ramiz Mehdiyevin Rusiyaya göndərdiyi məktubun mətbuata sızması istintaq sirrinin pozulmasıdır:

“Azərbaycanda adətən bu cür siyahılarda konkret adlar olunmur. Bu ona gətirib çıxarır ki, istənilən adamı istintaqa çağırıb “sənin də Ramiz Mehdiyevlə əlaqən var” deyib ona hər cür təzyiq olunsun. Vaxtilə eyni prosesi OMON-çuların işində gördük. O vaxt Azərbaycanda cəmi 200-300 OMON-çu var idi, amma istintaqa 10 mindən artıq adam cəlb edilmişdi. Biz bilirik ki, parlamentdə oturan deputatların 90 faizi Ramiz Mehdiyevin kadrlarıdır. Onların biri də ağzını açıb danışmır. İstintaq sirri deyilən bir şey var. Bu məktub əgər var idisə, gizli saxlanmalıydı. Amma bunu birinci mətbuata veriblər. Bəs istintaq sirri harada qaldı? Bəlkə elə siyahıda olan şəxslər qaçıb gizlənəcəklər, aradan çıxacaqlar?”

S.Cəlaloğlu diqqətə çatdırıb ki, baş verən proseslər heç də Moskvanın Azərbaycandakı təsir qüvvələrinin neytrallaşdırması demək deyil:

“Rusiyanın Ramiz Mehdiyevi Azərbaycana təhvil verməsinin arxasında birinci Bakı ilə münasibətləri yoluna qoymaq, ikincisi ölkədəki daha təhlükəli qüvvələri gözardı etmək məqsədi dayanır. Əlində güc, ordu, iqtisadi və diplomatik imkanlar olmayan kimsə ölkədə dövlət çevrilişi edə bilməz. Bu resurslar kimin əlindədirsə, məhz onların belə bir təşəbbüs göstərməsi mümkümdür. Bu gün hakimiyyətdə olan, Milli Məclisdə təmsil olunan 1 nəfərin belə adı çəkilmir. Bu da onu göstərir ki, hələlik bu məsələ bizim düşündüyümüz kimi Rusiyanın Azərbaycandakı təsir qüvvələrinin tam neytrallaşdırılması məqsədi güdmür”.

Qeyd edək ki, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişi planı ilə bağlı Rusiyanın müəyyən dairələrinə göndərdiyi məktub oktyabrın 27-də mətbuatda yayılıb. Məktubun mətninə görə, o, ölkədə hakimiyyətin üç qolunun – qanunverici, icra və məhkəmə orqanlarının fəaliyyətinə nəzarəti xüsusi “Dövlət Şurası” adlı quruma həvalə etməyi təklif edib. Məktubda qeyd olunur ki, “Dövlət Şurası” 50 nəfərdən ibarət olmalı və bu üzvlər təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən seçilməlidir. Sözügedən 50 nəfərin siyahısı məlum deyil.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90