Krasnodar diyarında artıq bir neçə gündür mobil internet işləmir.
Ulusal.az xəbər verir ki, yerli mediaya görə, 20 oktyabrdan etibarən internetin fəaliyyəti axşam saatlarında məhdudlaşdırılmağa başlanıb, lakin 24 oktyabrdan etibarən əlaqə tamamilə kəsilib.
Xatırladaq ki, Krasnodar diyarının ərazisi 75 485 kvadrat kilometr, əhalisi isə təxminən 5,9 milyon nəfərdir. Azərbaycana qarşı aqressiya nümayiş etdirən, barmaq silkələyən, dükanda, bazarda çalışan azərbaycanlılara “güc göstərən” Rusiyanın Azərbaycan boyda ərazisi və 5,9 milyon əhalisi bu gün internetsiz qalıb.
Ukrayna bataqlığında çabalayan Rusiya artıq internetə belə çarə tapa bilməyəcək vəziyyətə düşüb. Eyni zamanda Ukrayna dronları iki gündür Moskvada, Kremlin başı üzərində uçuşur.
Bir vaxtlar “böyük və qüdrətli” Rusiya mifi indi Ukraynada həftədə bir kəndi ələ keçirib onu “böyük qələbə” kimi təqdim edən bir rejimin acizliyinə çevrilib. Internetin çökməsi bu tənəzzülün növbəti rəmzinə çevrilib.Musavat.com






















