image-rt-reklam
image-1backend

“Ankara İrəvanın son qərarını gözləyir” –Politoloq

image-728x90

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı son açıqlamaları birmənalı qarşılanmayıb. Dünyanın nüfuzlu nəşrləri bu bəyanatı iki ölkə arasında yaxınlaşma istiqamətində atılmış mühüm addım kimi dəyərləndirsə də, bölgədə proseslərin necə inkişaf edəcəyi hələlik aydın deyil.

Maraqlıdır ki, Paşinyanın çıxışından qısa müddət sonra Türkiyənin xarici işlər naziri Hakan Fidanın müavini Ayşe Berris Ekinci Bakıya səfər edib.

Politoloq Arzuman Muradlı hesab edir ki, bu səfər təsadüfi deyil və “Şuşa Bəyannaməsi”ndən irəli gələn öhdəliklər çərçivəsində Ankara ilə Bakı arasında məsləhətləşmələrin intensivləşməsi zərurətindən qaynaqlanır.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloqun sözlərinə görə, son aylarda Azərbaycanla Ermənistan arasında dialoq getdikcə fəallaşır:

“Tranzit yüklərin Azərbaycandan keçməklə Ermənistana çatdırılması məsələsi gündəmdədir. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyəyə Ermənistan ərazisindən yüklərin daşınması imkanını təklif edib. Bu məsələ Bakı və Ankara arasında ciddi koordinasiya tələb edir. Görünür, Ayşe Berris Ekincinin səfərinin əsas məqsədlərindən biri də bu istiqamətdə birgə addımların müəyyənləşdirilməsidir.”

Arzuman Muradlı əlavə edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyevi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı gələn ilin yazında İrəvanda keçiriləcək “Avropa Siyasi Birliyi” sammitinə dəvət etdiklərini açıqlayıb:

“Bu dəvətin necə cavablandırılacağı barədə qərar təbii ki, Bakı və Ankara arasında birgə müzakirə olunmalıdır. Hər iki ölkə üçün bu məsələ diplomatik baxımdan həssas məqamlar daşıyır, çünki Ermənistanla münasibətlərin normallaşması prosesi hələ yekunlaşmayıb.”

Politoloq vurğulayıb ki, Ermənistan tərəfi artıq sərhədlərin açılmasına ciddi şəkildə çalışır:

“Nikol Paşinyan çıxışında açıq şəkildə bəyan etdi ki, sərhədlərin açılması Ermənistanın xilas yoludur və ölkənin inkişafına töhfə verəcək. Lakin əsas sual budur: rəsmi Ankara Ermənistanla sərhədi indi açacaqmı, yoxsa bu addımı yalnız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra atacaq? Məncə, Ankara İrəvanın son addımlarını gözləyir. Sülh danışıqları müsbət nəticələnərsə, sərhədlərin açılması da gündəmə gələ bilər.”

Arzuman Muradlının fikrincə, bu mərhələdə Ankara və Bakının koordinasiyalı addımlar atması regionda sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90