Ulusal.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə, BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir:
“Rusiya obyektiv və ya subyektiv səbəblərdən BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi halda, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə beynəlxalq mandat vermək üçün və yaxud 9 noyabrda imzalanmış üçtərəfli bəyanatla müəyyən edilmiş təhlükəsizlik qaydalarını təmin edəcək yeni çoxmillətli sülhməramlı missiyanı Qarabağa göndərmək barədə BMT TŞ-yə müraciət etməlidir”.