image-rt-reklam
image-media-mudafie-senayesi_az-n7i6ygtkefphxmzvwr2o-620x326backend

Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü – TƏHLİL

image-728x90

Bu gün dünyada Azərbaycanın istehsalı olan hərbi məhsullara ehtiyac duyulur

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusu ilə yanaşı, həm də ölkənin, yəni yerli müdafiə sənayesi sektorunun potensialını meydana çıxardı. Bəzi məsələlərin artıq müəyyənləşdirməsinə imkan yaratdı. Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Bu, həm də ixracyönümlü sənaye olacaq. Biz, ilk növbədə, hərbi məhsullara olan tələbatımızı maksimum təmin etməliyik. Hazırda Azərbaycan onlarla ölkəyə hərbi təyinatlı məhsul satır. Dünya silah bazarında da boşluq yaranıb. Azərbaycan bu sahədə də imkanlarını genişləndirəcək.

Alp.az-ın məlumatına görə, bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədli Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.

image-ramil-mammadli_foto

O qeyd edib ki, müdafiə sənayesi olmayan, öz silahını özü istehsal edə bilməyən ölkələrin orduları müstəqil və potensialı yüksək ola bilməz. Məhz buna görə də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hələ 17 il əvvəl Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradıldı və hərbi təyinatlı müəssisələr nazirliyin bazasında cəmləşdirildi. Ötən müddət ərzində Azərbaycanın yeri müdafiəsi sənayesi sektoru birmənalı olaraq qarşıya qoyulan tapşırıqların və planların icrasını həyata keçirdi. Atıcı silahlar, müxtəlif çaplı mərmilərin istehsalı sahəsində bir sıra zəruri addımlar atıldı, layihələr reallaşdırıldı. Dünyanın bir sıra ölkələri ilə birgə layihələr icra olundu. Rusiya, Türkiyə, İsrail və Cənubi Afrika Respublikası kimi ölkələrlə hərbi təyinatlı məhsulların birgə yaradılması, layihələndirilməsi və inkişafı istiqamətində, o cümlədən zirehli texnikalarla bağlı və digərlər sahələrdə müəyyən uğurlu işlər görüldü.

R.Məmmədli diqqətə çatdırıb ki, bundan başqa, Azərbaycanda müasir texnologiyaların yaradılması və orduda istifadəsinə dair müəyyən işlər həyata keçirildi. Dünyanın çox az ölkələrində pilotsuz uçuş aparatları istehsal sahəsi yaradılır. “AZAD sistemy” şirkəti bu məsələni həll etdi, yəni Müdafiə Sənayesi Nazirliyinin bazasında yaradılan bu müəssisə həmin istiqamətdə Azərbaycan Ordusunun ehtiyaclarını ödəyə bildi. Bu gün silahlı qüvvələrimizin istifadəsində “Orbiter” pilotsuz uçuş aparatları, həm müşahidə kəşfiyyat, həm zərbə təyinatlı məhsullar yer alır və geniş istifadə olunur. Hətta bunlardan birinə 44 müharibədə “İtiqovan” adı verildi.

Vurğulayıb ki, Azərbaycan müdafiə sənayesi sektorunun qarşısında böyük vəzifələr dayanır. Hazırda dünyada baş verən qarşıdurmalar, Rusiya və Amerika arasında olan açıq hibrid müharibə, yəni Ukrayna uğrunda müharibə dünya silah bazarından da yan ötməyib. Müdafiə sənayesi sahəsində dünyanın əsas oyunçuları olan Rusiya və ABŞ faktiki olaraq bu sahəyə müəyyən məhdudiyyətlər tətbiq edir.

image-mudafie-senayesi_az2

“Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika, Avropa ölkələri də həmçinin faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib. Bunların fonunda Azərbaycan bu sahədə, yəni lazım olan məhsulların istehsalı və ixracı sahəsində müəyyən uğurlar qazana bilər. Belə ki, digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma bu bazara böyük ehtiyac var. Çünki bu gün dünyada bir çox dövlətlər, o cümlədən Asiya, Afrika, Cənubi Amerika, hətta Şərqi Avropa ölkələri belə Azərbaycanın istehsalı olan hərbi məhsullara ehtiyac duyurlar və bu günümüzün reallığıdır. İxracın artırılması və gücləndirilməsi üçün müəyyən dövlət proqramları mövcuddur və bu istiqamətdə işlər davamlı olaraq aparılır. Hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Yəni, hər halda, bunu Azərbaycan hədəfləyib və buna doğru gedir”, – deyə hərbi şərhçi əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90