image-rt-reklam
image-1backend

Pentaqon rəhbəri Tramp və Putin görüşü haqqında: “Heç kim razı qalmayacaq”

image-728x90

Ulusal.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Hegset, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Alaskada keçiriləcək görüşünün nəticələrinin “heç kimin ürəyincə olmayacağını” bəyan edib.

“Danışıqlar mərhələsində ərazi mübadiləsi və güzəştlər ola bilər. Heç kim razı qalmayacaq. Lakin bunu edə biləcək tək insan, prezident Tramp ola bilər”, — deyə Hegset bildirib.

Pentaqon rəhbəri həmçinin, Tramp və Putin arasında keçiriləcək bu mühüm görüşdə iştirakını istisna etməyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90