“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş”la keçirəcəyi oyunlarının vaxtı bəlli olub.
Ulusal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında avqustun 19-da Macarıstanda keçiriləcək ilk matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşmanın start fiti isə saat 20:45-də veriləcək.