image-rt-reklam
image-1backend

Bu qidaları soyuducuda saxlamaq TƏHLÜKƏLİDİR

image-728x90

Soyuducu bir çox qidanın yeni qalamsını təmin edən əla vasitədir. Lakin bəzi qidalar var ki, soyuducuda saxlandıqda dadını və tərkibini itirə bilir, hətta zərərli də ola bilər. O səbəbdən bu qidaları soyuducuda saxlamaq məsləhət görülmür. Bəs bunlar hansı qidalardır?

Ulusal.az xarici KİV-ə istinadən həmin qidaların siyahısını təqdim edir:

Pomidorun soyuqda tərkibi dəyişir, “un kimi” və dadsız olur. Otaq temperaturunda, kölgədə saxlanılması məsləhət görülür. Marqarita pizza

Kartofun soyuqda nişastası şəkərə çevrilir və dadı dəyişir. Bişirərkən kanserogen (akrilamid) əmələ gələ bilər. Sərin, quru və qaranlıq yerdə (məsələn, zirzəmidə) saxlanılmalıdır.

Soğan soyuducuda nəm çox olduğu üçün tez yumşalır və kiflənə bilər. Quru və havalanan yerdə saxlanılmalıdır.

Çörək soyuqda tez bayatlayır, tərkibi pozulur. Otaq temperaturunda 2-3 gün saxlanılmalıdır. Daha uzun müddət üçün isə dondurucudan istifadə edin.

Banan soyuq temperaturda tez qaraldır və yetişmə prosesini dayanır. Otaq temperaturunda saxlanılmalıdır. Tam yetişdikdən sonra isə dondurmaq olar.

Avokadonun soyuq temperaturda yetişmə prosesi ləngiyir. Yetişməsini istəyirsinizsə otaq temperaturunda saxlayın. Yetişdikdən sonra soyuducuya qoya bilərsiniz.

Bal soyuducuda kristallaşır və qatılaşır. Otaq temperaturunda, qaranlıq və quru yerdə saxlanılmalıdır.

Sarımsaq soyuducuda nəm səbəbindən tez cücərir və kiflənə bilər. Quru, havalı yerdə saxlanılmalıdır.

Bitki yağı (zeytun yağı daxil) Bəzi yağlar (xüsusilə zeytun yağı) soyuducuda bərkiyir və bulanır. Otaq temperaturunda, günəş şüasından uzaq yerdə saxlanılmalıdır./BAKU.WS

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90