image-rt-reklam
image-1backend

Rusiya Suriyanın cənubuna qayıtmaq istəyir – Moskva Dəməşqə təklif göndərib

image-728x90

Ulusal.az xəbər verir ki, İsrailin 11-ci telekanalının Suriya mənbələrinə istinadən yaydığı məlumata görə, Rusiya sərhəd bölgələrində – xüsusilə İsraillə həmsərhəd olan cənub əyalətlərdə – hərbi patrullarını yenidən yerləşdirmək təşəbbüsü ilə çıxış edib. Məlumat, Suriyanın xarici işlər naziri Faysal əl-Şibaninin Moskvaya səfəri çərçivəsində müzakirə olunan detallara əsaslanır.

Lakin Dəməşq hökuməti hələlik bu təklifi qəbul etməyib. Mənbənin bildirdiyinə görə, Suriya İsrailin bölgədəki təsirini diplomatik yolla – ərəb ölkələrinin, Türkiyənin və ABŞ-ın dəstəyi ilə – balanslaşdırmağa üstünlük verir.

İsraildə bu təşəbbüs Rusiya tərəfindən cənubi Suriyada, Əsəd rejiminin zəifləməsindən sonra itirilmiş təsirin bərpası cəhdi kimi qiymətləndirilir. Moskva isə patrulların qayıdışını bölgədə sabitliyin təmin olunması və İsrailin fəaliyyətlərinin qarşısının alınması məqsədi ilə əsaslandırır.

Qeyd edək ki, 11 avqustda Rusiyanın “Kommersant” nəşri Suriyanın guya Moskvaya rəsmi müraciət edərək cənub vilayətlərində rus hərbi polisinin patrullarını bərpa etməsini istədiyini yazmışdı. Lakin son məlumatlara görə, bu təşəbbüsün əslində Rusiya tərəfindən irəli sürüldüyü təsdiqlənir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90