image-rt-reklam
image-1backend

Qazaxıstanda rus dili sıradan çıxır

image-728x90

Qazaxıstanın Təhsil Nazirliyi, rus dilində təhsil verən siniflərin bağlanması ilə bağlı planlarının olmadığını açıqlayıb. Bununla yanaşı, son statistik məlumatlara görə, ölkə vətəndaşlarının getdikcə daha çox uşaqlarını qazax dilində təhsil almağa yönəltdikləri bildirilir.

Ulusal.az xəbər verir ki, bu barədə nazirlik rəhbəri Qani Beysembayev keçirdiyi mətbuat konfransında bildirib.

“Bu cür planlarımız yoxdur. Çünki hansı dildə təhsil alacaq siniflərin seçimini valideynlər edir, ona görə də ehtiyaca uyğun olaraq siniflər açılır”, – deyə o, rus dili ilə təhsil verən siniflərin bağlanması ilə bağlı sorğuya cavab olaraq bildirib.

Nazir qeyd edib ki, statistik göstəricilərə əsasən, indi “uşaqlarını qazax dilində təhsil aldırmaq istəyən valideynlərin sayı artmaqdadır”.

“Bu, təbii bir tendensiyadır, buna görə də belə siniflərin sayı artırılıb. Dövlətin xüsusi olaraq sinif açılması və ya bağlanması ilə bağlı proqramı yoxdur. Əsas məqsədimiz hər hansı təhsil müəssisəsində keyfiyyətli təhsilin təmin edilməsidir”, – deyə təhsil naziri vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90