image-rt-reklam
image-1backend

Bu ixtisas qrupu üzrə yerlər boldur – Abituriyentlərin qəbul şansı yüksəldi

image-728x90

Bu il I ixtisas qrupu üzrə ixtisas seçimi edən abituriyentlərin qəbul şansı daha yüksəkdir.

Bu barədə  təhsil eksperti Kamran Əsədov məlumat verib.

Onun sözlərinə görə, I ixtisas qrupu üzrə plan yerlərinin sayı abituriyentlərin sayından çoxdur və bu səbəbdən bir çox boş yerlərin qalacağı gözlənilir.

Ekspert bildirib ki, bu vəziyyət xüsusilə Riyaziyyat–Kimya və Riyaziyyat–İnformatika altqruplarında müşahidə olunacaq. Beləliklə, bu altqruplarda keçid ballarında müəyyən enmə proqnozlaşdırılır.

Kamran Əsədov qeyd edib ki, hətta bəzi hallarda bir abituriyentin iki yerə qəbul olmaq ehtimalı da var. Bu isə o deməkdir ki, ödənişsiz əsaslarla bütün abituriyentlərin qəbul olmaq şansı mövcuddur:

“Bu il I ixtisas qrupu ən uğurlu və perspektivli seçim hesab olunur. II ixtisas qrupu üzrə isə vəziyyət sabit olaraq qalır”.

Ekspertin fikrincə, bu qrupa müraciət edən abituriyentlər keçənilki keçid ballarını əsas götürə bilərlər. Bununla belə, Kamran Əsədov tövsiyə edir ki, seçim zamanı abituriyentlər ötən illə müqayisədə ən azı 10 bal aşağıdan başlayaraq seçim etsinlər. Çünki bu qrup üzrə 5–10 bal arasında artımın olması gözlənilir:

“Ən gərgin rəqabət isə III və V ixtisas qruplarında müşahidə olunacaq. Bu il həmin qruplarda 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Bu da öz növbəsində keçid ballarının yüksəlməsinə səbəb olacaq”.

Kamran Əsədov bildirib ki, pedaqoji ixtisasların plan yerlərində də azalma müşahidə olunur:

“Məsələn, Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə plan yeri bu il 100-dən 60-a endirilib”.

Ekspert abituriyentləri xəbərdar edir ki, III ixtisas qrupunda müəllimlik ixtisaslarına keçid ballarında ciddi artım olacaq – bu artımın 30–40 bala qədər yüksəlməsi proqnozlaşdırılır.

Tibb ixtisaslarına gəlincə, bu sahəyə maraq da ötən illərlə müqayisədə artıb.

Ekspertin sözlərinə görə, builki nəticələr göstərir ki, 520–540 arası bal toplayan abituriyentlərin həkimlik ixtisaslarına qəbul olmaq ehtimalı azdır. Bu bal intervalında olanlar daha çox fizioterapiya, ictimai səhiyyə və stomatologiya kimi ixtisaslara yönəlməlidirlər.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90