Ulusal.az xəbər verir ki, Türkiyə parlamentinin sabiq deputatı Qaro Paylan prezident Rəcəb Tayyib Ərdoğana çağırış edərək, Ermənistanla sərhədi dərhal açmağı tələb edib.
Paylan bildirib ki, Bakı ilə İrəvan arasında ABŞ prezidentinin iştirakı ilə imzalanan tarixi saziş bölgədə uzun illər davam edən düşmənçiliyə son qoyub və yeni sülh dövrünün başlanğıcı üçün zəmin yaradıb: “Bizim borcumuz bu sülhü davamlı etmək üçün dərhal addımlar atmaqdır. Cənab Ərdoğan, Türkiyə ilə Ermənistan arasındakı sərhədi dərhal açın. Ermənistan, Türkiyə və Azərbaycan xalqlarını birləşdirin.”
Sabiq deputatın bu çağırışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər bunu bölgədə sülhə töhfə verəcək mühüm addım kimi dəstəkləsə də, digərləri hələ də mövcud siyasi və tarixi gərginliklərin tam aradan qalxmadığını bildirərək ehtiyatlı yanaşırlar.Musavat.com