image-rt-reklam
image-1backend

Zelenski elə təkliflər aldı ki! Bunlara görə bəzi ərazilərdən imtina edə bilər

image-728x90

Böyük Britaniyanın nüfuzlu “The Daily Telegraph” qəzeti mənbələrə istinadən sensasion iddia yayıb.

Ulusal.az  xəbər verir ki, nəşrin məlumatına görə, Ukrayna rəhbərliyinə elə təkliflər irəli sürülüb ki, bunlar ölkə prezidenti Volodimir Zelenskinin bəzi ərazilərdən imtina etməsi ilə nəticələnə bilər.

Qəzet yazır ki, Qərb dairələrində münaqişənin diplomatik yolla həlli üçün müxtəlif ssenarilər müzakirə olunur. Onlardan biri Ukraynanın NATO-ya üzvlüyü qarşılığında bəzi işğal olunmuş ərazilərin rəsmi şəkildə Rusiyanın nəzarətində qalmasına razılıq verməsidir. Mənbələr qeyd edir ki, bu plan hələlik açıq şəkildə gündəmə gətirilməsə də, kuluar danışıqlarında nəzərdən keçirilir.

Məqalədə bildirilir ki, belə bir razılaşma Qərb üçün uzunmüddətli sülhün təminatı, Rusiya üçün isə müharibədə müəyyən “qələbə” kimi təqdim oluna bilər. Lakin Ukrayna cəmiyyətində və parlamentində bu cür kompromis ideyaları kəskin etirazla qarşılanacağı ehtimal olunur.

Ekspertlərin fikrincə, bu ssenarinin reallaşması Zelenskinin daxili siyasi mövqeyini zəiflədə, lakin Qərblə münasibətlərində ona strateji üstünlüklər qazandıra bilər. Ukrayna lideri hələlik bu iddialara münasibət bildirməyib, rəsmi Kiyev isə müharibə başlayandan bəri ərazi bütövlüyündən heç vaxt imtina etməyəcəyini bəyan edib.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90