image-rt-reklam
image-1backend

Yevlaxda 2000-ci il məzunlarının 25 illik görüşü keçirildi -FOTO

image-728x90

Yevlax rayonunun Aran qəsəbəsində yerləşən Vüqar Əmiraslanov adına 2 nömrəli tam orta məktəbin 2000-ci il məzunları 25 ildən sonra bir araya gəlib. Uzun illərin ardından təşkil olunan görüş iştirakçılar üçün həm nostalji, həm də emosional anlarla yadda qalıb.

Görüş məktəbin həyətində və sinif otaqlarında təşkil olunub. Tədbirdə məzunlarla yanaşı, onların bir neçə müəllimi də iştirak edib. Məzunlar müəllimlərinə xüsusi minnətdarlıq ifadə edərək, onların təhsil və tərbiyə sahəsindəki əvəzsiz əməklərini hörmətlə xatırlayıblar.

image-2

Tədbirdə çıxış edən məzunlar məktəb illərindən, müəllimlərindən və həmin dövrə aid unudulmaz xatirələrdən danışıblar. Onlar bu cür görüşlərin insanlar arasında bağları gücləndirdiyini və kollektiv yaddaşı yaşatdığını vurğulayıblar.

“25 ildən sonra eyni sinif yoldaşlarını görmək, illərin dəyişə bilmədiyi dostluqları yenidən hiss etmək çox təsirli idi. Uşaqlığımızın izlərini daşıyan bu məktəbdə yenidən olmaq bizə illərlə unudulmaz duyğular bəxş etdi,” – deyə tədbir iştirakçılarından biri bildirib.

Məzunlar məktəbin hazırkı durumu ilə tanış olub, bir zamanlar təhsil aldıqları sinif otaqlarını ziyarət ediblər. Çoxları uşaqlıq illərinə sanki geri qayıtdıqlarını və o illərə məxsus hissləri yenidən yaşadıqlarını qeyd edib.

Tədbirin sonunda məzunlar birgə xatirə şəkilləri çəkdirərək, bu ənənənin gələcəkdə də davam etdirilməsini arzulayıblar. Onlar 50 illik məzun yubileyi münasibətilə növbəti görüşü də birlikdə keçirməyi planlaşdırdıqlarını bildiriblər.

Tədbir məktəbdə başa çatdıqdan sonra sinif yoldaşıarı və müəllim heyəti təbiət qoynunda birlikdə gəzinti təşkil edərək günü xoş əhval-ruhiyyə ilə tamamlayıblar.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90