“Zəngəzur dəhlizi” layihəsi çərçivəsində Ermənistanın Sünik rayonuna giriş-çıxışda Azərbaycan tərəfində Azərbaycan nəzarət-buraxılış məntəqələri qurulacaq və bütün əməliyyatları Azərbaycan gömrükçüləri həyata keçirəcək.
Ulusal.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan erməni mətbuatına açıqlama verib.
Danielyan bildirib ki, Azərbaycan gömrükçüləri məlumatları toplayaraq Ermənistana ötürəcək, İrəvan isə “heç bir nəzarət həyata keçirməyəcək”.
“Ermənistan tərəfi ərazisinin bu hissəsindən keçən azərbaycanlılara qarşı heç bir tədbir görməyəcək”, – o vurğulayıb.