image-rt-reklam
image-1backend

Aleksey Dugin: Rusiya Cənubi Qafqazda məğlub oldu

image-728x90
Ulusal.az xəbər verir ki, Rusiyanın “rus dünyası” ideoloqlarından biri, filosof Aleksandr Dugin, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan sülh müqaviləsini Rusiya siyasətinin Cənubi Qafqazda uğursuzluğu kimi qiymətləndirib.

Dugin bildirib ki, bu sülh razılaşması Rusiyanın regiondakı təsirini itirməsinin bariz nümunəsidir və onun sözlərinə görə, məsul şəxslər heç bir cəza almadan qalır: “Bu müqavilə — bizim acizlik və nüfuz itkisinin sübutudur. Biz artıq hətta keçmiş Sovet məkanını belə idarə etmirik. Əgər burada bizə hörmət etmirlərsə, dünya səhnəsində kim bizimlə hesablaşacaq? Bu sadəcə məğlubiyyət deyil, hər bir rusun üzünə vurulan sarsıdıcı zərbədir. Rusiya Cənubi Qafqazda məğlub oldu”

Dugin əlavə edib ki, bu uğursuzluqdan Rusiyanın yüksək səlahiyyətli şəxsləri məsuliyyət daşımalıdır: “Biz bu uğursuzluğu Pəşinyan və Əliyev üzərinə ataraq haqlı ola bilmərik. Etiraf etməliyik ki, biz məğlub olduq, çünki danışıqları düzgün insanlara tapşırdıq. Bu, bizə təhqir kimi qəbul edilməzsə, o zaman suveren cəmiyyət olmağımızı da itirəcəyik. Məsul şəxslər cəzalandırılmalıdır.”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90