image-rt-reklam
image-1backend

Kirill Kabanov: “Azərbaycanın neft obyektlərinə zərbə endirək, diasporu dağıdaq”

image-728x90

Ulusal.az  xəbər verir ki, Rusiya Milli Anti-Korrupsiya Komitəsinin sədri Kirill Kabanov Azərbaycanı hədəfə alan skandal çağırışla çıxış edib. O, Ukrayna ərazisində Azərbaycan strukturlarına məxsus neft obyektlərinə “hədəfli zərbələr” endirilməsini təklif edib.

Kabanov öz Telegram kanalında yazıb ki, “Rusiya üçün kimin həqiqi müttəfiq, kimin isə rəqib olduğu getdikcə daha açıq görünür”. Onun iddiasına görə, Bakı artıq Moskvaya əvvəlki kimi “dost münasibət” göstərmir, əsas tərəfdaş kimi isə Türkiyə, ABŞ, Böyük Britaniya və Ukraynanı görür.

Rusiya rəsmisi bu faktın regionun geosiyasi mənzərəsini dəyişdiyini və Moskvanın Azərbaycanla əməkdaşlığa dair əvvəlki yanaşmalarını “şübhə altına aldığını” bildirib. O, bununla da kifayətlənməyərək, “Azərbaycanla bağlı neft obyektlərinə zərbələr endirməklə yanaşı, Azərbaycan diasporu ilə əlaqəli cinayətkar təşkilatların Rusiya biznesindəki təsirini və fəaliyyətini tamamilə dayandırmaq” çağırışı edib.

Bizə görə, Kabanovun bu açıqlaması Kreml çevrələrində Azərbaycana qarşı artan qəzəb və təhdid ritorikasının yeni mərhələsidir. Rusiya belədir: normal, diplomatik dillə danışa bilmir, əvəzində hədə, təzyiq və zor dilinə üstünlük verir.

Musavat.com Kabanov kimi rus eşşəklərinə cavab olaraq Kremlin və raşizmin əsas ideoloqlarından Aleksandr Duqinin bu gün verdiyi açıqlamanı göstəririk. Duqin deyir: “İlham Əliyevi günahlandırmaqla özünüzə haqq qazandıra bilməzsiniz. Etiraf etməliyik ki, biz uduzduq, çünki danışıqları düzgün adamlara həvalə etmədik. Əgər bunu alçaldıcı hal kimi qəbul etməsək, suveren sivilizasiya olmaqdan çıxacağıq. Günahkar cavab verməlidir.”

Duqinin bu mövqeyi bir daha göstərir ki, əslində günah Rusiyanın özündədir. Kirill Kabanov kimi fiqurlar isə danışıqlar aparmaq əvəzinə, heyvan instinktləri ilə hərəkət edir, “vuraq, dağıdaq, qıraq, çataq” prinsipi ilə davranırlar. Belə düşüncənin nə dostu olar, nə də tərəfdaşı. Heç kim belə aqressiv və etibarsız yanaşmaya yaxın olmaq, əməkdaşlıq etmək istəməz.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90