image-rt-reklam
image-1backend

Ermənistandan bunu istəyir: Azərbaycan İrəvanı bu böyük layihəyə qoşacaqmı?

image-728x90

Ermənistan Azərbaycan və Rumıniyanı Gürcüstan ərazisindən keçməklə Qara dənizin dibindən enerji kabeli çəkilməsi layihəsində iştirak üçün özünə uyğun formatı müəyyən edib. Ulusal.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə Nazirliyinin cavabına istinadən erməni KİV-ləri məlumat yayıb.

Nazirlik bildirib ki, Ermənistan iki tərəfli və regional enerji əməkdaşlığının inkişafına, xüsusilə infrastruktur layihələrinin reallaşması kontekstində böyük əhəmiyyət verir. Ermənistan artıq sualtı enerji kabeli layihəsinə maraq göstərib və texniki, siyasi səviyyədə ilkin hazırlıq işlərini həyata keçirib.

Rəsmi şəkildə layihəyə qoşulmaq üçün Ermənistan Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan ilə niyyət memorandumu imzalamalıdır.

Ermənistan layihədə iştirakın münasib formatı kimi xüsusi şirkət yaradılmasını nəzərdən keçirir. Bu şirkət layihədə paya, kabelin keçirmə qabiliyyətinin müəyyən kvotasına və investisiya öhdəliklərinə sahib olacaq.

“Xəzər — Qara dəniz — Avropa” enerji dəhlizinin (Black Sea Energy) 2032-ci ildə işə salınması planlaşdırılır. Layihəyə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan daxildir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90