Dünyaca məşhur türkiyəli DJ və prodüser Mahmut Orhan İsveçrənin Sürix şəhərində keçirilən festivalda səhnədə “Bozqurd” işarəsi göstərdiyi üçün tənqid olunub.
Ulusal.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yerli səlahiyyətlilər bu hərəkəti “həddindən artıq sağçı simvol” kimi qiymətləndirib.
Bundan sonra təşkilatçılar Orhanın ölkədəki bütün konsertlərini ləğv ediblər. İsveçrə mətbuatına görə, bu simvol ictimai yerlərdə qadağan olunmuş işarələr siyahısındadır.
Mahmut Orhan hələlik məsələyə münasibət bildirməyib.