“Əgər ədalətli qərar qəbul edilərsə, məhkəmə Ermənistanı cəzalandırar”.
Ulusal.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin dağıdılması ilə bağlı Ermənistanın məsuliyyət daşımasına dair faktların Avropa İnsan Haqları Məhkəməsinə göndərilməsindəın danışarkən deyib. Vəkil prosesin bir qədər çətin olduğunu vurğulayıb:
“Avropa Məhkəməsində bir qayda olaraq çalışırlar ki, Azərbaycandan bu tipli işlərə baxmasınlar. İnanmıram ki, Avropa İnsan Haqları Məhkəməsi Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsi ilə bağlı faktları təsdiq etsin. Faktları araşdırsalar məhkəmə Ermənistanı cəzalandırmalıdır, Azərbaycana vurulan zərərin əvəzinin ödənilməsi haqqında qərar verilməlidir. Avropa qurumlarında kimlərin sözü keçir? Bunu nəzərə alaraq deyə bilərik ki, ilk öncə Fransanın sözü keçir. Məhkəmə hətta Fransada yerləşir. Bunu nəzərə alanda bizim xeyrimizə qərarın verilməsi ehtimalı azdır”.
Vəkil bildirib ki, Azərbaycanın iddiası Ermənistana qarşıdır:
“Düşünürəm ki, faktları ümumiyyətlə araşdırmayacaqlar. Doğrudan zərər var, ya yoxdur, deyəcəklər ki, Ermənistanın bura aidiyyatı yoxdur, Ermənistanla müharibə getmir və s. Hətta məhkəmə işə baxsa belə gözləmirəm ki, bu faktlar təsdiq olunsun. Onlar özlərini müdafiə edəcəklər. Amma bu sənədlərin məhkəmələrə getməsi yaxşı haldır”.
Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) yeni dövlətlərarası şikayət təqdim edib. Avropa Məhkəməsinə göndərilmiş yeni dövlətlərarası şikayətdə 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə, Ermənistanın məsuliyyət daşımasına dair faktlar təqdim olunub.
Bu nazirliyə bir milyon manat ayrıldı
Bu, ABŞ-da iki əsas partiya arasında uzun qarşıdurmaya səbəb ola bilər.