Ermənilərin ASALA terror təşkilatı ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb.”
“Caliber” xəbər verir ki, bu barədə qruplaşmanın keçmiş üzvü Martiros Jamkoçyan Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində danışıb.
O bildirib ki, ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb.
“Qubadlının azad edilməsindən (1993-cü il avqustun 31-də Qubadlının işğalını nəzərdə tutur – red.) əvvəl farslar Monteyə zəng etdilər. Onlar Monte ilə hesablaşırdı. İndi açıqlayacağım
O qeyd edib ki, həmin vaxt İranın xüsusi xidmət orqanlarının nümayəndələri M.Melkonyanla görüşmək üçün Gorusa gəliblər. Keçmiş terrorçu deyib ki, farslar əməliyyatın hazılığından xəbərdar idilər: “Biz onda Laçında idik. Zəngilan, Qubadlı və Horadizə hücum etmək üçün tank diviziyamızın bir hissəsini Laçına aparmışdıq. Farslar bu əməliyyatdan xəbərdar idi, onu hazırlayanı da tanıyırdılar. Həmin vaxt İran tərəfinin marağı müharibənin nəyin bahasına olursa, olsun Arazın o tayına keçməməsi idi. Ona görə də onlar bizimlə əməkdaşlıq etmək istədilər. Onlar təminat istəyirdilər və bizimlə razılaşmaq üçün gəldilər. Bu, 1993-cü il yazın əvvəlində olub. Odur ki, dostlarımız və düşmənlərimiz kiminlə iş gördüklərini bilirdilər. Ona görə də bizimlə hesablaşıb əməkdaşlıq edirdilər. Əlbəttə, biz əsgərlərimizin və geri çəkilən azərbaycanlıların İran istiqamətində atəş açmasına imkan verməyəcəyimiz haqqında farslara təminat vermişdik. Və belə də oldu”.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı əli günahsız azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Monte Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-ın Kaliforniya ştatının Viseyliya şəhərində doğulub.
ASALA-RM-nin rəhbərlərindən biri olub. Livanda vətəndaş müharibəsində iştirak edib. “Əbu-Sindi”, “Saro”, “Timoti Şon Mak-Kormak”, “Komandir Avo” kimi ləqəblər altında fəaliyyət göstərib.
1988-ci ildə ermənilər Qarabağda separatizmə başlayandan sonra dünyanın müxtəlif yerlərindən terrorçular bura axışıb. Onlardan biri də M.Melkonyandır. Azərbaycan torpaqlarının işğalına rəhbərlik edən əsas terroçulardan biri sayılır.
Azərbaycan Ordusu 1993-cü il iyunun 12-də Ağdam rayonunun Mərzili kəndində M.Melkonyanı məhv edib. 1996-cı ildə Ermənistanın “Milli qəhrəmanı” adına layiq görülüb.
Caliber.Az-ın arayışı:
Martiros Jamkoçyan 21 iyun 1958-ci ildə Livanın paytaxtı Beyrutda anadan olub. Gənc yaşlarından erməni terror təşkilatı ASALA-ya qoşulub. Jamkoçyan 1981-ci il iyunun 9-da Cenevrənin mərkəzində türk konsulluğunun əməkdaşı Mehmet Yerquzu üç güllə ilə öldürüb. İsveçrə məhkəməsi terrorçunu 10 il müddətinə azadlıqdan məhrum edib. Jamkoçyan həbsxanadan çıxdıqdan sonra Ermənistana, oradan isə qanunsuz olaraq Qarabağa köçüb və burada Monte Melkonyanın komandanlığı altında olan dəstənin tərkibində etnik təmizləmə və dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi işlərində fəal iştirak edib. Komandirindən fərqli olaraq, Jamkoçyan haqq etdiyi cəzadan qurtula bilib və bu gün Ermənistanda yaşayır.
Erməni terrorçunun əslində hamıya məlum olan bu “sirr”i Tehranın ikibaşlı siyasətinin daha bir göstəricisidir.
Azərbaycanın ərazi bütövlüyünü şifahi şəkildə dəstəkləyən, Azərbaycan və İran xalqları arasında tarixi, dini və mədəni bağlardan danışan İran, buna baxmayaraq, Qarabağda erməni terrorçular ilə əməkdaşlıq edib.
Məlumdur ki, 1992-ci ildə biz Şuşanı da İranın vasitəçilik adı altında apardığı danışıqlar zamanı itirdik.
Buna görə də heç təəccüblü deyil ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin qabaqcıl dəstələri Araz çayı boyu Xudafərin elektrik stansiyasının ərazisindən keçərək ən qısa və təhlükəsiz yolla Zəngilana daxil olmaq istəyərkən onların qarşısını İran ordusunun bölmələri kəsib.
İran tərəfinin müharibə zamanı Azərbaycan ordusunun bölmələrinin hərəkətləri ilə bağlı ermənilərə kəşfiyyat məlumatları ötürməsi də mollaların Ermənistanın işğalçılıq siyasətinə və onun Qarabağda həyata keçirdiyi işğalçı siyasətinə nə qədər isti yanaşdıqlarından xəbər verir.