image-rt-reklam
image-kreml_moskvabackend

Amerikalılara şok çağırış: Müharibəyə aparacaqlar, ölkədən çıxın!

image-728x90

ABŞ səfirliyi öz vətəndaşlarını Rusiyaya getməməyə, ölkədəkiləri isə səfərbərlik riski ilə əlaqədar oranı tərk etməyə çağırıb.

Ulusal.az xəbər verir ki, bu barədə ABŞ diplomatik missiyasının saytında yerləşdirilən xəbərdarlıqda bildirilir.

Səfirlik bildirib ki, Rusiya hakimiyyəti ölkədəki amerikalıların ikili vətəndaşlıqlarının tanınmasını rədd edə və onları ABŞ konsulluq yardımından məhrum edə bilər. Bundan əlavə, amerikalıların səfərbərliyə məruz qala biləcəyi və ölkəni tərk etməsinə icazə verilməyəcəyi iddia edilir.

“Rusiyanı tərk etmək istəyirsinizsə, mümkün qədər tez hərəkətə keçməlisiniz. ABŞ səfirliyinin ABŞ vətəndaşlarına ölkəni tərk etməsinə kömək etmək imkanlarında ciddi məhdudiyyətlər var və nəqliyyat imkanları qəfildən daha da məhdudlaşa bilər”, – məlumatda deyilir.

Digər məsələlərlə yanaşı, səfirlik Rusiyada hər hansı siyasi aksiyadan çəkinməyə çağırıb. Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının belə aksiyalarda foto çəkdirməməsini tövsiyə ediblər.publika.az

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90