image-2000x150
image-bez-nazvaniyabackend

Suren Sarkisyan: Amerika heç vaxt Bakıya qarşı sanksiyalar tətbiq etməyəcək

image-728x90

“ABŞ-ın  Cənubi Qafqazda ən yaxın tərəfdaşı Azrbaycandır. İlham Əliyev ideal siyasət həyata keçirərək ABŞ-la ən yaxşı mütəffiqlik qura bilib” . Ulusal.az xəbər verir ki, bu fikirləri erməni ekspert Suren Sarkisyan mətbuata açıqlamasında bildirib.

Ekspert bildirib ki, Amerika heç vaxt Bakıya qarşı sanksiyalar tətbiq etməyəcək, çünki Azərbaycan ABŞ üçün olduqca əhəmiyyətli ölkədir.

“Dövlət nazirinin İranla Azərbaycan arasında hərbi münaqişə olacağı təqdirdə ABŞ-ın Bakını dəstəkləyəcəyi ilə bağlı bəyanatını unutmayın. ABŞ Azərbaycana yalnız təhlükəsizlik yardımı göstərir. Yəni bu, hərbi yardım deyil, təhlükəsizlik baxımından yardımdır. Məqsəd İranla dəniz sərhədini qorumaqdır. ABŞ son iki ildə Azərbaycana 100 milyon dollar yardım edib.”, – Sarkisyan bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90