“Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıdadır. Rusiyanın xarici işlər naziri ötən ilin iyun ayında Bakıda olarkən Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını, sərhədin müəyyənləşdirilməsini və iki dövlət arasında kommunikasiya xətlərinin açılmasını müzakirə etmişdi. Mövzular yenə eynidir. ” –Ulusal.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq hesab edir ki, Sergey Lavrov iyunda azərbaycanlı həmkarı Ceyhun Bayramovla iki dövlətin informasiya siyasətini də müzakirə etmişdilər.
“Ceyhun Bayramov Azərbaycanın bir neçə rusdilli saytının Rusiya ərazisində bloklandığının Bakıda narahatlıq doğurduğunu Lavrova demişdi. Lavrovun ötən dəfəki səfəri ərəfəsində Rusiyannın “Ria Novosti” agentliyi erməni separatçılarından biri ilə Azərbaycan əleyhinə reportaj yayımlamışdı. 8 aydan sonra Lavrov yenidən Bakıya qayıdıb. Keyfiyyət dəyişikliyi baş verməyib. Bu 8 ayda Rusiya mediasında separatçılardan nəinki müsahibələr yayımlanmaqda davam edib, Moskvada onlarla mütəmadi görüşlər də təşkil olunub.” -deyə politoloq əlavə edib.