image-rt-reklam
image-b0893b7053113f255f0618763c774d38fdfd-jpg-780x450backend

İki il sonra ABŞ – Çin müharibəsi olacaq… – General tabeliyində olanlara çağırış etdi

image-728x90
ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan tabeliyində olanlara göndərdiyi memorandumda ABŞ-ın iki ildən sonra Çinlə müharibəyə gedəcəyini irəli sürüb.
Bu barədə NBC kanalı məlumat yayıb.
“Ümid edirəm, yanılıram. İntuisiya mənə deyir ki, 2025-ci ildə döyüşəcəyik”, – sənəddə deyilir. Memorandumun həqiqiliyini ABŞ Hərbi Hava Qüvvələri Nəqliyyat Komandanlığının nümayəndələrindən biri təsdiqləyib.
Generalın fikrincə, Çin hakimiyyəti 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən istifadə edib Tayvana nəzarəti bərqərar etmək üçün əməliyyat keçirə bilər.
Minixan öz tabeliyində olanları fevralın sonuna qədər Çinlə hərbi əməliyyatlara hazırlaşmaq üçün tədbirlər haqqında məlumat verməyə çağırıb.(qaynarinfo)
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90