“Erməni tərəfi Rusiyanın etimadından sui-istifadə kimi diplomatik taktika ilə məşğuldur. Ermənistan baxımından KTMT Ermənistan üçün mübarizə aparan, İrəvanın maraqlarını qoruyan, Ermənistan üçün diplomatiya aparan təşkilat olmalıdır və bunu etmirsə, o zaman təşkilatdan çıxmalıdır.” – Ulusal.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Aleksey Naumov məlumat verib.
“Biz başa düşürük ki, KTMT Ermənistanın təhlükəsiz mövcudluğunun yeganə təminatçısıdır. Çünki Nikol Paşinyanın rəhbərliyi ilə ölkənin siyasətini təxribat və məsuliyyətsizlikdən başqa bir şey adlandırmaq olmaz. Ermənistanda bunu yaxşı başa düşürlər və hesab edirəm ki, onlar ciddi şəkildə təşkilatdan çıxmaq fikrində deyillər. Çünki Ermənistanın KTMT-dən çıxması siyasi intihar olacaq, çünki ölkə təhlükəsizlik zəmanəti olmadan qalacaq”.
Ekspertin fikrincə, Ermənistan KTMT-dən çıxsa, onun NATO-nun strukturdaxili müttəfiqinə çevrilməsi ehtimalı azdır, çünki respublikanın coğrafi mövqeyi onu praktiki olaraq Rusiyadan və Cənubi Qafqazdakı qonşularından asılı saxlayır. Ermənistan bunu etmək istəyə bilər, amma bunu öz avantürası diktə edəcək.
“Mən hələ də inanıram ki, Ermənistanın indi belə addımlar atmamaq üçün kifayət qədər siyasi müdrikliyi var. Onun hərbi, coğrafi və siyasi mövqeyini nəzərə alaraq, indi onun Rusiyanın səylərini sarsıtmağa və sabotaj etməyə və özünü Rusiyanın düşməni kimi göstərməyə ehtiyac yoxdur”, – Naumov vurğulayıb.