image-rt-reklam
image-download-6backend

Ermənistan üçün “fəlakət sennariləri”: KTMT-dən çıxmaq İrəvana nələr vəd edir?

image-728x90

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti ölkənin KTMT-dən çıxması fonunda üzləşəcəyi fəlakətlərlə bağlı geniş yazı dərc edib. Ulusal bildirir ki, bu sennarilərdə Azərbaycanla bağlı hissələr də olduğundan bəzi detallarını diqqətinizə çatdırırıq.

Qəzet yazır ki, Ermənistan KTMT-dən çıxarsa, ilk addım Rusiya ilə dostluq və qarşılıqlı yardım müqaviləsi ləğv edilməlidir. Əks təqdirdə, Rusiya bunu Ermənistanın KTMT-dən çıxmasına cavab olaraq edəcək. “KTMT-dən çıxmaq, həm də Avrasiya İqtisadi İttifaqın üzvlüyündən imtina etməyi nəzərdə tutur. Çünki bu strukturlar bir-birinin üzvi davamıdır və təsadüfi deyil ki, KTMT-yə üzv olan 6 ölkənin hamısı Aİİ-nin üzvüdür. Böyük ehtimalla KTMT və Aİİ-dən çıxdıqdan sonra Ermənistanda iqtisadi, sosial və humanitar xaos başlayacaq”.

Erməni nəşri yazır ki, Ermənistanın bu addımı avtomatik olaraq Rusiya ordusunun Gümrüdən çıxarılmasını da şərtləndirəcək. “Paralel olaraq, rus ordusunun Qarabağadan çıxarılması prosesi də başlayacaq. Nəticədə, Azərbaycan Qarabağda yarımçıq qalmış işlərini yekunlaşdırıb, həmin problemi tam həll edəcək”.

Amma “Hraparak” məsələyə bir qədər də erməni təfəkkürü ilə yanaşaraq, guya, Azərbaycan və Türkiyənin Ermənistana hücum edəcəyini də “proqnozlaşdırır”. “Azərbaycan və Türkiyə qoşunları bunun ardından Sünik, Vayots Dzor, Qeqarkunik ərazilərini işğal edəcək, bununla təkcə, Naxçıvanla Azərbaycan arasında dəhliz açılmayacaq, həm də Azərbaycanı Türkiyə ilə birləşdirəcək. Beynəlxalq ictimaiyyət bu addımı qətiyyətlə pisləyəcək, Azərbaycanı işğalçı dövlət kimi tanıyacaq və qoşunların Ermənistanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edəcək. Amma bu proses bununla da məhdudlaşacaq”.

Qəzet daha sonra yazır ki, bunun ardından İrəvan və Ararat vadisinin şəhərləri on minlərlə qaçqınla dolub-daşacaq. “İrəvanda kütləvi iğtişaşlar başlayacaq, xaos hökm sürəcək. Artıq Ermənistan-Türkiyə sərhədində Rusiya sərhədçiləri olmayacağından, Türkiyə ordusu Ermənistandakı iğtişaşları sakitləşdirmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün humanitar məqsədlərlə İrəvan və Ermənistanın digər şəhərlərinə qoşun yeridəcək. Nikol Paşinyan başda olmaqla Ermənistan hakimiyyəti Türkiyə ordusunun onların təhlükəsizliyini təmin etmək üçün gəldiyini hesab edəcək və xüsusi şikayət etməyəcək. Ermənistanda xaos və nifaq Rusiya ordusunun yeni müdaxiləsinə zəmin hazırlamaq məqsədilə qızışdırıldığından Qərb bunun müvəqqəti addım olduğunu bəyan edəcək”.

Amma erməni nəşri bununla da kifayətlənməyib. Onlar fəalkət sennarilərini bir qədər də uzadıb, daha “dəhşətli” nəticələrə gəliblər. Məsələn qəzet yazır ki, Ermənistanın Aİİ-dən çıxması nəticəsində Rusiya qazın qiymətini dərhal artıracaq. “Ermənistana buğda, un və digər ərzaq növlərinin idxalı bahalaşacaq. Ermənistandan ixrac olunan mallar isə sanksiyalara məruz qalacaq. Qidalar bahalaşacaq. Təhlükəsizlik xaosu iqtisadi və sosial xaosla birləşdiriləcək. On minlərlə, yüz minlərlə insan piyada və maşında, kim bacarırsa, zülmdən, aclıqdan, qırğından xilas olmaq üçün Ermənistan-Gürcüstan sərhədinə doğru qaçmağa başlayacaq. Bir neçə ay ərzində Ermənistan demək olar ki, tamamilə boşalacaq. Ölkədə bir neçə yüz min səriştəsiz və çarəsiz insan qalacaq ki, onlar hətta ərazinin qalan hissəsində dövlətə sahib ola bilməyəcəklər”.

Sennariyə uyğun olaraq Ermənistan Respublikası de-yure mövcud olmağa davam edəcək. Lakin o, özünü təhlükəsizliyi və daxili sabitliyi türk ordusu və polis qüvvələri tərəfindən təmin edilən bir türk protektoratı kimi təqdim edəcək. “Türkiyə müvəqqəti administrasiya formalaşdıracaq. Onun nümayəndələri bəyan edəcəklər ki, hər şey əldən getməyib, baş verənlər isə keçmiş kriminal avtoritetlərin Paşinyan və komandasına istinad edərək ümidsiz siyasətinin nəticəsidir”.

Qəzetin siyasi şərhçisi Avetis Babacanyan yekunda bu sennarilərə rəy verərək bildirir ki, yuxarıda təsvir olunanlar təkcə real ssenari deyil, həm də yeganə mümkün ssenaridir. O iddia edib ki, Nikol Paşinyan da bunu başa düşür. “O da başa düşür ki, bu ssenari həyata keçərsə, özünün və hakimiyyətinin məhvi qaçılmazdır. Odur ki, KTMT-də nə qədər şantaj və şikayətlərə əl atsa da, heç bir halda həmin təşkilatdan çıxmaq prosesinə başlamayacaq. O, təşəbbüs göstərməyəcək. Çünki KTMT və Rusiyanın onun şəxsi təhlükəsizliyinin yeganə və əvəzolunmaz təminatçısı olduğunu hamıdan yaxşı anlayır”.

P.S. Qeyd edək ki, ermənilərin xəyal gücü çox genişdir. Onlar bəzən elə şeylər uydurub, danışırlar ki, dünyanın bütün siyasətçiləri, tarixçiləri, alimləri bunun nə bir əsasını, nə də yolunu tapa bilirlər. “Erməni xəstəliyi” anlamının da buradan yarandığı məlumdur. Lakin Ermənistanın işğal edilməsi, orada türk dövlətinin qurulması və sair yalnız xəstə təfəkkürün məhsulu ola bilər. Ona görə ki, Azərbaycanın belə bir niyyəti yoxdur və olmayıb. Amma ermənilərdə türk düşmənçiliyi o qədər şiddətlidir ki, yuxuda belə həmin qarabasmalarını, halusinasiyalarını görürlər.  jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90