“Azərbaycan KTMT-də böyük nüfuza malikdir”- Ulusal.az xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin professoru Artur Xaçikyan erməni mediasına müsahibəsində bildirib.
“Avropa Bakının etibarlı tərəfdaş olduğunu bildirib. Ümidimiz KTMT-nin İrəvanda keçirilən iclasında idi. Burada başa düşdük ki, KTMT üzvləri hamısı Azərbaycan tərəfindədir. Bir sözlə indi diktə edən tərəf Azərbaycadır. Rusiya indi bütün Qərblə müharibə aparır, onun müttəfiqləri əslində Türkiyə və Azərbaycandır və biz bunu görmürük. Həmişə olduğu kimi, biz düzgün istiqamət götürə bilmədik, görə bilmədik ki, bizim regionda maraqlar, qüvvələr bölgüsü necə dəyişir, biz bunu əldən verdik, Rusiya-Türkiyə yaxınlaşması 10 ildən artıq idi ki, davam edirdi və nəticə çıxarmalı idik. Ümidlərimizi Qərbə bağlamışdıq, ona görə də həmişə xəbərdarlıq etdiyimiz bu vəziyyətə gəlib çatdıq, amma təəssüf ki, heç kim qulaq asmadı. İndi Qərb enerji resurslarına görə Azərbaycandan asılıdır. Erməni xalqı müharibə istəyir? Əgər müharibə olsa bu bizim sonumuz olacaq. Çünki Rusiya istəsə belə bizə kömək edə bilməyəcək. Çünki biz körpüləri yandırmışıq. ” – deyə Artur Xaçikyan bildirib.