image-rt-reklam
image-12afe41d-797a-47ad-b7fb-485d9db77349backend

Ağ Evdən təkzib gəldi – MKİ direktoru Moskvaya Ukrayna ərazisinin 20%-ni təklif edib?  

image-728x90

“İsveçrədə nəşr olunan “Neue Zürcher Zeitung” (NZZ) qəzetinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börnsün müharibəni dayandırmaq üçün Rusiyaya Ukrayna ərazisinin beşdə birini təklif etməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil”.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçünün müavini Şon Devit “Newsweek” jurnalına bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Peskov ABŞ-ın belə bir plan təklif etməsi ilə bağlı iddiaları yalan adlandırıb.

Adı açıqlanmayan MKİ rəsmisi deyib ki, Börnsün yanvar ayında gizli şəkildə Moskvaya səfər etməsi və Ağ Ev adından Ukraynaya müharibəni dayandırmaq müqabilində ərazinin 20%-ni vermək təklifi irəli sürməsi ilə bağlı iddialar tamamilə yalandır.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirib ki, o, spekulyasiyalara şərh verə bilməz.

“Neue Zürcher Zeitung” qəzeti iki alman siyasətçiyə istinadən daha əvvəl yazmışdı ki, ABŞ Prezidenti Co Bayden yanvar ayında Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsə Rusiya və Ukraynanın sülh danışıqlarına hazırlığını qiymətləndirməyi tapşırıb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Börns Kiyev və Moskvaya səfər edib, orada Ukraynaya “torpaq müqabilində sülh”, Rusiyaya isə “sülh müqabilində torpaq” təklif edib. Qəzetin mənbələri iddia edir ki, “torpaq” dedikdə Ukrayna ərazisinin təxminən 20%-i nəzərdə tutulurdu ki, bu da Donbassla müqayisə oluna bilər.

NZZ qeyd edir ki, həm Moskva, həm də Kiyev təklifi rədd edib. Ukrayna öz ərazilərini bölməkdən imtina edib. Rusiya isə uzunmüddətli perspektivdə müharibədə qalib gələcəyinə inanır. Nəşrin mənbələrinə görə, Börnsün diplomatik missiyasının uğursuzluğundan sonra Bayden “Abrams” tanklarının Ukraynaya tədarükünə razılıq vermək qərarına gəlib. Bu qərar öz növbəsində Ukraynaya Alman “Leopard” tanklarının tədarükünün öünü açıb.

Qərb ölkələri dəfələrlə vurğulayırlar ki, Kiyevə hərbi dəstəyin məqsədi mümkün sülh danışıqlarından əvvəl Ukraynanın mövqeyini maksimuma çatdırmaqdır.

Həm Moskva, həm də Kiyev son vaxtlar danışıqların mümkünlüyü barədə danışırlar. Bundan əlavə, hər tərəfin öz şərtləri var. Ukrayna Prezidenti Vladimir Zelenski dəfələrlə vurğulayıb ki, Kiyev bütün itirilmiş əraziləri, o cümlədən ilhaq edilmiş Krımı qaytarmaq niyyətindədir. Kreml isə yeni işğal olunmuş rayonların Rusiyanın bir hissəsi kimi tanınmasında israrlıdır.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90