ABŞ və Polşa yaxın günlərdə Ukraynaya yeni silahlar vermək barədə qərar qəbul edib. Bunu rusiyalı politoloq və yazar Andrey Piontkovski deyib.
O bildirib ki, ABŞ-ın Ukraynaya verəcəyi yeni silah SCALP raket sisteminin bazası əsasında hazırlanmış yeni və 1000 km məsafəni vura bilən raketlərdən ibarət olacaq. Polşa isə Su-24 təyyarələrini Kiyevə verməyə hazır olduğunu bildirib. “Əgər Rusiya Ukraynadakı barbar müharibəni dayandırmasa, bunun ağır nəticələri üz-üzə qalacaq. Çünki ABŞ Ukraynaya uzaq məsafəni vuran ATACMS və HIMARS silahları ilə tam təhciz etməyə başlayıb. Artıq 1000 km məsafəni vuran SCALP raket sistemlərinin Kiyevə göndərilməsinə başlanılıb”.