image-rt-reklam
image-314358387_124043460482973_7427048597326697759_nbackend

Zəfər bayramı – təqvimimizin qızıl hərflərlə yazılmış tarixi

image-728x90
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə tarix yazdı. Xalqımızı öz milli hədəflərinə çatdırdı, Azərbaycan dövləti ən yüksək zirvəsinə ucaldı, ən güclü dövrünə yetişdi. Qazanılan Zəfər möhtəşəm və qürurludur.
Bu Zəfər Ali Baş Komandan ətrafında birləşərək “Dəmir yumruq” yaradan xalqın qalibiyyətidır. Döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də Azərbaycanın tarixi qələbəsidir.
Bu Zəfər Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir.
Bu əlamətdar gün dövlətçilik ənənələri ta qədimlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan, dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir. Hədd-hüdudu olmayan fərəh, xoşbəxtlik məhz budur!
Qazandığımız Zəfər xalq olaraq bizi ölkə rəhbərinin ətrafında ali amal uğrunda “Dəmir yumruq” kimi birləşdirdi. Elə-obaya, vətənin torpağına-daşına, suyuna, aranına-dağına sonsuz sevgi və məhəbbətimizi nümayiş etdirdi. Böyük Qələbə torpaq uğrunda gözünü qırpmadan özünü fəda edən igid oğulların qəhrəmanlığı sayəsində əldə olundu. Xalqımızın ölkə rəhbərinə olan sevgisini, inamını, etimadını daimi yaşadan Qələbə oldu.
Zəfər günü Azərbaycan xalqının və dünya azərbaycanlılarının Müzəffər Ali Baş Komandana əbədi minnətdarlıq bayramıdır.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədəkarlığı sayəsində qazandığımız misilsiz qələbə regionda yeni reallıq yaratdı. Azərbaycan “münaqişənin hərbi həlli yoxdur” tezisinin yanlış olduğunu sübuta yetirdi.
8 noyabr 2020-ci il, Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, Azərbaycanın gözü, hər bir azərbaycanlı üçün iftixar nöqtəsi, mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gündür. Vətən müharibəsini qələbə ilə sonlandıran Zəfər günüdür. Mədəniyyətimizin, ruhumuzun paytaxtı olan Şuşa 28 il yarımdan sonra öz sahibinə qovuşdu, ayrılığa son qoyuldu. Azərbaycan igidləri dünyanın müharibələr tarixində yeni bir misilsiz hadisəyə çevrilən qəhrəmanlıqları ilə ümidlərimizi, arzularımızı, Şuşa xəyallarımızı gerçəkləşdirdilər.
Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatiya və informasiya savaşı cəbhəsində də öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti ilə bütün təzyiqlərə məharətlə sinə gərdi, ölkəmizə qarşı informasiya blokadasını yardı, müharibə dövründə və müharibədən sonra dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 30-dan çox müsahibə verdi. Ali Baş Komandan xalqını milli hədəflərinə yetirdi, ona imzasını atdı.
Azərbaycan Prezidentinin qədim yaşayış məskənlərimiz olan Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atmadan belə diplomatik yolla düşmən tapdağından azad etməsi isə dünya tarixində nadir hallarda rast gəlinən möhtəşəm uğurlardandır. Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olub. Qurulan təkmil idarəetmə sistemi, dövlət başçısı tərəfindən həyata keçirilən düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici diplomatiyada qazandığımız böyük uğurlar bizi addım-addım Zəfərə yaxınlaşdırırdı.
Bu Zəfər bayramı bizim üçün qürur mənbəyidir. Bütün dünya – bizə dəstək olan və olmayan hər kəs Azərbaycanı qalib ölkə kimi tanıdı.
Azərbaycanın şanlı Zəfəri, Ermənistanın isə acınacaqlı məğlubiyyəti “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkdi, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin qurulması planlarını darmadağın etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90