image-rt-reklam
image-nmjpg-1669013541backend

“Yeni Azərbaycan Partiyası xalqın etimadını doğruldur”- MÜSAHİBƏ  

image-728x90

Ölkənin ictimai-siyasi həyatında öz yeri və rolu olan, yarandığı qısa müddətdən sonra hakim partiyaya çevrilərək bu gün də eyni mövqeni qoruyan Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 ili tamam olur. Ötən 30 il ərzində şərəfli və uğurlu bir yol keçən Yeni Azərbaycan Partiyasının hakim partiyaya çevrilməsini şərtləndirən amillər, partiyanın günümüzdə siyasi sahnədəki yeri və rolu barədə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Nəsib Məhəməliyevlə söhbətləşdik.

-Nəsib müəllim, hakim Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyəti, ölkənin ictimai-siyasi həyatındakı rolunu necə xarakterizə edərdiniz?

-Yeni Azərbaycan Partiyası oturuşmuş və özünü ölkənin ictimai-siyasi proseslərində təsdiq etmiş siyasi təşkilatdır. YAP olmadan ümumiyyətlə, Azərbaycanın ictimai-siyasi həyatını təsəvvür belə etmək qeyri-mümkündür. Bu günki güclü, hərtərəfli inkişaf etmiş, Azərbaycanın əldə etdiyi nailiyyətlərdə, Yeni Azərbaycan Partiyası əhəmiyyətli rola malikdir. Azərbaycan xalqı tərəfindən, Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyəti yüksək qiymətləndirilir və dəstəklənir.

-Bu gün partiya Heydər Əliyev ideyaları və prinsiplərini davam etdirirmi?

Yeni Azərbaycan Partiyası, Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin məhsuludur. Ümummilli Liderin, uzaqgörənliklə səsləndirdiyi “YAP dünənin, bu günün və sabahın partiyasıdır”, fikirləri real həyatda özünü təsdiq etmişdir. Təbii, Heydər Əliyev ideyaları, bu gün də cənab Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. 44 günlük müharibənin sonunda, Ali Baş Komandan fəxri Xiyabana gələrək, Şuşanın azad olunması xəbərini, Ulu Öndərin qəbrinin başında dayanaraq xalqa çatdırdı və ATA vəsiyyətinin yerinə yetirdiyini bildirdi. Təkcə bu fakt sübut edir ki, YAP bu gün də, Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə sadiqdir. Heç şübhəsiz, hər zaman belə olacaq.

-Ötən 30 ilin böyük bir dövrünü YAP-ın hakim partiyaya çevrilməsini şərtləndirən başlıca amillər nədir?

-Yeni Azərbaycan Partiyası 90-cı illərin əvvəllərində müxalifət partiyası olaraq, quruldu. O zaman ölkənin ictimai-siyasi həyatında xaos, hərc-mərclik hökm sürürdü. Ermənilər, havadarlarının dəstəyi ilə, torpaqlarımızı işğal edirdi. Yüz minlərlə soydaşlarımız qaçqın, məcburi köçkün vəziyyətinə düşmüşdü. Heç bir dövlətçilik, idarəetmə təcrübəsi olmayan, meydanlardan birbaşa Ali hakimiyyət vəzifələrini tutmuş AXC-Müsavat cütlüyü, xalq arasında nüfuzunu tamamilə itirmişdi. Ölkə idarə olunmurdu və etnik, dini separatizm baş qaldırmışdı. İqtisadiyyat çökmüşdü, büdcədə pul yox idi. Əmək haqqları, pensiyaların, təqaüdlərin verilməsi, aylarla gecikirdi. Ölkədə çörək qıtlığı vardı. İnsanlar, səhərə qədər çörək növbələrində dururdular. İnsanların, gələcəyə inamı itmişdi.

1988-ci ildən, 93-cü ilə qədər beş siyasi hakimiyyət dəyişmişdi. Təxminən ilə bir hakimiyyət düşürdü. Bir balaca gərginlik yaranan kimi, ölkə rəhbərləri canlarını götürüb qaçırdılar. Belə bir vəziyyətdə, xalq, nicat yolunu Heydər Əliyevdə gördü və təkidlə hakimiyyətə dəvət etdi. Beləliklə, Azərbaycan parçalanmaqdan, ümumiyyətlə, müstəqil dövlət olaraq, dünyanın siyasi xəritəsindən silinməkdən qurtuldu. 30 il keçdikdən sonra, tam məsuliyyətlə deyə bilərik ki, Heydər Əliyev olmasaydı, bu günki, Azərbaycan olmayacaqdı.

-YAP-ın ölkənin digər siyasi partiyaları ilə fərqləndirən başlıca cəhəti nədir?

-Yeni Azərbaycan Partiyasını ölkənin digər siyasi partiyalarından fərqləndirən əsas cəhət, birmənalı olaraq, onun güclü Liderinin olmasıdır. Partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyev, onun layiqli davamçısı Prezident İlham Əliyev, Azərbaycan xalqının yetişdirdiyi ən güclü, dünya siyasətində özlərini təsdiq etmiş liderlərdir. Onların rəhbərliyi ilə, YAP təkcə ölkənin deyil, beynəlxalq əlaqələrə malik, regionun ən nüfuzlu siyasi partiyasına çevrilmişdir.

Hər bir siyasi partiya üçün əsas göstərici, ölkədə keçirilən seçkilərdə, referendumlarda qalib gəlməkdir. 1993-cü ildən bəri, Azərbaycanda keçirilən bütün siyasi tədbirlərin mütləq qalibi Yeni Azərbaycan Partiyasıdır. Bu da o deməkdir ki, Yeni Azərbaycan Partiyası xalqın etimadını doğruldur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90