Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin cənub sərhədlərimizdə keçirtiyi təlimlər qonşu İranın qıcığına səbəb olmayıb. Maraqlıdır ki, İran tərəfi bu təlimləri təhdid kimi dəyərləndirib. Ulusal.az xəbər verir ki, Real Televiziyası İran- Azərbaycan münasibətləri, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin keçirtdiyi təlimlər barədə hərbi ekspetlərin analizlərini təqdim edib.
“İranın keçirtiyi təlimlər də Azərbaycanla sərhəddə baş tutub. Biz o zaman heç bir reaksiya vermədik. Çünki İranın öz ərazisində tlim keçməsi onun haqqıdır. Amma bizim təlimlər İranı niyə qıcıqlandırır? Bu olduqca maraqlıdır. İranın reaksiya Azərbaycan hökumətinə təhdiddir”-deyə hərbi ekspert Ramil Məmmədli bildirib.