image-rt-reklam
image-c9a135bc-cf24-4311-8b60-a31d8f8751c9backend

Xersondakı işğalçı ordu aramsız atəş altındadır – “Onlara ən azı 1 həftə vaxt lazımdır”  

image-728x90

Ukraynanın Müdafiə naziri Oleksiy Reznikov “Reuters” agentliyinə müsahibəsində bildirib ki, Rusiya qoşunlarının Dnepr çayının sağ sahilindən, o cümlədən Xersondan çıxarılması ən azı bir həftə vaxt aparacaq.

Reznikovun sözlərinə görə, Rusiyanın Xerson vilayətində 40 min əsgəri var və onların əhəmiyyətli hissəsi, Xersonda və onun ətrafında sağ sahildədir. “Bu qoşunları Xersondan bir neçə günə çıxarmaq çətindir. Ən azı bir həftəyə”, – Reznikov deyib və əlavə edib ki, rusların hərəkətlərini proqnozlaşdırmaq olmaz.

Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) ekspertləri də hesab edir ki, Rusiyanın geri çəkilməsi bir qədər də vaxt aparacaq və döyüşlər bütün Xerson vilayətində davam edəcək.
Noyabrın 11-nə keçən gecə Xerson vilayətinin də daxil olduğu Ukraynanın “Cənub” operativ komandanlığı bildirib ki, Rusiya Dnepr çayının iki sahili arasında hərbi və texnikanın daşınmasını davam etdirir, müdafiə xətləri qurur. Eyni zamanda sol sahildən sağdakı Ukrayna hərbçilərinin mövqelərinə atəş açır.

Ukrayna Silahlı Qüvvələri aktiv əməliyyatlar zamanı baş verənlər barədə son dərəcə ehtiyatla danışır. Ukrayna hərbçilərinin Xerson vilayətində hücum əməliyyatının yeganə göstəricisi “müdafiə qüvvələrinin cəbhə xəttini sol sahilə yaxınlaşdırmağa davam etməsi”, rus qoşunlarının isə “təcili olaraq mümkün təhlükəsiz mövqelərə çəkilməsi” barədə verilən açıqlamalardır.

Cümə günü gecə həm Ukrayna, həm də Rusiya mənbələrindən Ukrayna ordusunun Dneprdən keçməyə çalışan rus qoşunlarına, o cümlədən Xerson və Nova Kaxovka yaxınlığındakı mövqelərinə raket və artilleriya zərbələri endirməsi ilə bağlı çoxsaylı xəbərlər yayılıb. Bundan əlavə, Rusiya mətbuatı hərbi müxbirlərə istinadən xəbər verir ki, Xerson vilayətində Dnepr üzərindən keçən Antonovski körpüsü və yaxınlıqdakı dəmir yolu körpüsü partlayış nəticəsində tamamilə dağılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90