Türkiyənin yeni nəsil TF-X döyüş təyyarəsi ABŞ-ın F-35 təyyarələrini üstələcəyək.
Ulusal.az xəbər verir ki, bu barədə “Asia Times” nəşrinin hazırladığı məqalədə qeyd olunur.
Qardaş ölkə döyüş təyyarəsini gizli şəkildə hazırlayırdı, yalnız ötən ay Türk Aerokosmik Sənayesi (TAİ) təyyarənin videogörüntülərini yayanda bu haqda məlumatlar bəlli oldu.
TF-X haqda məlumatlar çox azdır. İlkin məlumatlara görə, təyyarənin prototipi 2023-cü ilin martında təqdim ediləcək. İlk sınaq uçuşu ya 2025-ci il, ya da 2026-cı ildə gerçəkləşəcək. İlk partiyanın buraxılışı 2028-2030-cu illərdə planlaşdırılır.
TAİ qeyd edir ki, döyüş təyyarəsi əvvəlcə havadan havaya əməliyyatlar üçün nəzərdə tutulub, lakin daha sonra havadan yerə əməliyyatları da həyata keçirə biləcək. Yük yeri olacaq döyüş təyyarəsi gizli texnologiya və neyron şəbəkəni dəstəkləyən süni intellekt sistemi ilə təchiz ediləcək. Qanadları 14 metr, gövdəsi 21 metr, hündürlüyü 6 metr olan TF-X F-22-dən kiçik, F-35-dən böyükdür. Təyyarə “Amerika General Electric” şirkətinin istehsal etdiyi F110 yanma mühərriki və Türkiyənin özünə məxsus yanma qurğusu olmayan lisenziyaslı F118 mühərriki ilə təchiz ediləcək. Mütəxəssislər hesab edirlər ki, TF-X tədricən F-35-ləri geridə qoyacaq.
ABŞ-ın mühərrikləri satmaqdan imtina etməsi də istisna deyil, xüsusilə Ankaranın Moskva ilə münasibətləri buna bəhanə yarada bilər. Lakin Türkiyənin alternativləri var. Misal üçün, Britaniyanın “Rolls Royce” şirkəti potensial mühərrik təchizatçısı ola bilər. Yaxud sanksiyalara görə nə qədər çətin olsa da, Rusiyadan da mühərriklər alına bilər.
Türkiyənin öz döyüş təyyarəsini istehsal etməsi böyük strateji əhəmiyyət kəsb edir.
Birincisi, müdafiə sənayesində ixrac asılılığını aradan qaldırır;
İkincisi, ABŞ-dan asılılığını azaldır: döyüş təyyarələrinin satılması Vaşinqton tərəfindən Ankaraya qarşı zaman-zaman təzyiq rıçağı olaraq istifadə edilir; Türkiyənin F-35 proqramından çıxarılması, sifariş edilən F-16-ların verilməsindən imtina edilməsi kimi hallar yaşanıb;
Üçüncüsü, özünün döyüş təyyarəsini istehsal edən Türkiyə regional güc mövqeyini möhkəmləndirə, qlobal güc olmaq istiqamətində irəliləyə bilər;
Türkiyənin bu uğuru Azərbaycan üçün da əhəmiyyətlidir və istisna deyil ki, qardaş ölkənin yeni nəsil döyüş təyyarəsinin ilk alıcılarından biri də məhz Bakı olacaq. Bu, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin gücləndirilməsi baxımından müsbət perspektivlər vəd edir.publika